Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş keçirilmişdir

 

İyulun 20-də Şirvan şəhər mədəniyyət evində Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının fəalları ilə görüş keçirilmişdir. Görüşdə YAP sədrinin müavini-icra katibi Əli Əhmədov iştirak etmişdir.

Ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar partiya üzvləri qarşısında duran vəzifələrə həsr olunmuş  görüşü giriş sözü ilə YAP Şirvan şəhər  təşkilatının sədri Əbülhəsən İbrahimov açmışdır. Bildirilmişdir ki, partiyanın şəhərdəki 4991 üzvü 96 ərazi təşkilatında birləşmişdir. Onların 2327 nəfərini qadınlar, 2169  nəfərini isə gənclər təşkil edir.

Qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə danışan təşkilatın sədri məlumat vermişdir ki, partiyanın 150 fəal üzvünün iştirakı ilə  şəhər üzrə seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilmişdir. Son məlumata görə, 46 saylı Şirvan seçki dairəsi  üzrə 30 məntəqədə 38694 seçici qeydiyyatdadır. Seçki  məntəqələrinin  maddi-texniki bazası qanunvericiliyinin tələbləri səviyyəsindədir. Şəhər  təşkilatında 13 nəfərlik seçki qərargahı yaradılmış, dairə seçki komissiyası və seçki məntəqələri üzrə məşvərətçi hüquqa malik üzvlərin, müşahidəçilərin siyahısı hazırlanmışdır. 

YAP-ın icra katibi Əli Əhmədov görüşün məqsədini açıqlayaraq bildirmişdir ki, növbəti prezident seçkiləri ərəfəsində qarşıda duran vəzifələri müəyyənləşdirib əməli işə keçməyin vaxtıdır və partiya olaraq bu sahədə fəallığımızı artırmalıyıq. YAP-ın namizədi Prezident İlham Əliyevin  ölkəyə rəhbərlik etdiyi 10 ildə Azərbaycanda möhtəşəm inkişaf dövrü yaşanmışdır. Bu illər ərzində iqtisadiyyatımız 3 dəfə artmışdır ki, bu, dünya praktikasında nadir hallarda təsadüf olunan artım tempidir.

İcra katibi vurğulamışdır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin kökündə insanların rifah halının, güzəranının daha da yaxşılaşdırılması dayanır. Ötən 10 ildə insanların həyat səviyyəsi əsaslı şəkildə dəyişmişdir. Bu dəyişikliyin davamlı olmasını xalqımız İlham Əliyevin növbəti müddətə prezident seçilməsində görür.

 Əldə olunan uğurların ölkədə hökm sürən dayanıqlı sabitliyin, əmin-amanlığın nəticəsi olduğunu vurğulayan Ə.Əhmədov sözünə davam edərək demişdir: Sabitlik olmayan yerdə inkişaf da olmaz, sabaha inam da. Son illərdə dövlət siyasətinin prioritetlərindən biri bölgələrimizin inkişafına nail olmaqdır. Bölgələrimizin gözəlləşməsi, abadlaşması insanlarımızın rahat yaşamasına zəmin yaradır. Yaşadığınız Şirvan şəhəri buna əyani sübutdur. Şəhərinizdə 4-5 il əvvəl olan insan bu gün Şirvana gəlsə, tamamilə yeni bir şəhərlə qarşılaşacaqdır. Ona görə də YAP üzvlərinin geniş təbliğat aparması üçün əldə kifayət qədər əsasları, deməyə sözləri vardır və bundan maksimum istifadə edilməlidir.

İcra katibi daha sonra  siyasi həmfikirlərinə seçkilərə hazırlıqla bağlı partiyanın tapşırıq və tövsiyələrini çatdırmışdır.

Görüşdə partiyanın qadın üzvlərinin nümayəndəsi Səadət Quliyeva, gənclər adından Emil Məmmədov çıxış edərək seçkilərdə YAP-ın vahid namizədinin qələbə qazanması üçün var qüvvə ilə çalışacaqlarını, qeyd olunan təbliğat imkanlarından yetərincə istifadə edəcəklərini  bildirmişlər.

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Elman Abbasov görüşdə çıxış edərək şəhərinin 10 ildə keçdiyi inkişaf yolundan danışmışdır. 

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında