YAP-ın Hacıqabuldan olan fəalları ilə görüşdə növbəti prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilmişdir

 

İyulun 20-də Hacıqabul rayonundakı dəmiryolçuların mədəniyyət evində Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının fəalları ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun və icra katibinin müavini Mübariz Qurbanlının iştirak etdikləri görüşdə bu ilin oktyabr ayında ölkəmizdə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Görüşü giriş sözü ilə açan YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov bildirmişdir ki, öz sıralarını daim genişləndirən təşkilatda bu gün 1744-ü qadın, 1253-ü gənc olmaqla 4298 nəfər partiya üzvü birləşir. Qarşıdakı prezident seçkilərinə hazırlıqla bağlı görülən işlər barədə məlumat verən H.Bəşirov qeyd etmişdir ki, 58 saylı Hacıqabul- Kürdəmir seçki dairəsi üzrə seçicilərin sayının dəqiqləşdirilməsi üçün hər biri 5 nəfərdən ibarət olmaqla 37 qrup yaradılmışdır. Seçici siyahıları dəqiqləşdirilərək YAP-mərkəzi aparatının məlumat bazasına ötürülmüşdür. Rayon təşkilatında 21 nəfərdən ibarət seçki qərargahı yaradıldığını deyən H.Bəşirov əmin etmişdir ki, YAP-ın Hacıqabuldan olan üzvləri prezident seçkilərində partiyanın  namizədi İlham Əliyevin qələbəsi üçün bütün səy və bacarıqlarını səfərbər edəcəklər.

YAP sədrinin müavini-icra katibi Əli Əhmədov  görüşdə çıxış edərək partiyanın sədri, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il müddətində iqtisadi, siyasi, sosial və digər sferalarda əldə olunan böyük  nailiyyətləri diqqətə çatdırmışdır. Həmin dövrdə Azərbaycanın  beynəlxalq aləmdə, dünya birliyində nüfuzunun daha da yüksəldiyini  bildirən  Ə.Əhmədov iri enerji layihələrinin gerçəkləşməsini tarixi uğur kimi səciyyələndirmişdir.

Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə regionların inkişafına yönəlmiş irimiqyaslı layihələrin Hacıqabulu da əhatə etdiyi vurğulanmış, rayonda həyata keçirilən geniş tikinti-quruculuq və abadlıq işlərindən söhbət açılmışdır. İcra katibi bütün bunların yerlərdə böyük rəğbət doğurduğunu vurğulayaraq demişdir ki, bu gün Azərbaycan vətəndaşı həyatından razı və məmnundursa, deməli, dövlətindən və prezidentindən, ölkədə yürüdülən siyasətdən razıdır. Buna görə də əhalinin həyat səviyyəsinin növbəti 5 ildə daha da yüksəlməsi, inkişaf prosesinin davamlı olması üçün dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi təbiidir. Xalqımız   Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə tərəfdardır və bu baxımdan öz  seçimində heç bir tərəddüd etməyəcəkdir.

İcra katibi çıxışını belə bir əminliklə tamamlamışdır ki, hər bir sıravi YAP üzvünün seçkilərdə fəal iştirakı təmin olunacaq, Prezident İlham Əliyevin 10 illik uğurlu fəaliyyəti geniş  təbliğ ediləcəkdir. Bununla bağlı partiya üzvlərinə müvafiq tövsiyələr verilmişdir.

Görüşdə  Hacıqabul  Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov çıxış edərək  Hacıqabulun sosial-iqtisadi inkişafında   Prezident İlham Əliyevin misilsiz xidmətindən söz açmış, bunu rayon sakinlərinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirmişdir. Dövlətimizin başçısının 10 ildə Hacıqabula  6 dəfə səfər etdiyini xatırladan Ə.Muxtarov bu səfərlərin rayonun tarixində silinməz izlər qoyduğunu, inkişafa təkan verdiyini vurğulamış, son 10 ildə aparılan tikinti-quruculuq işləri barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir.  

YAP Hacıqabul rayon təşkilatının gənclər birliyinin sədri Saleh Ələsgərov, partiya fəalı Gülüstan Almazova görüşdə çıxış edərək təkcə partiya üzvlərinin deyil, Hacıqabulun bütün sakinlərinin Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini və bunun alternativsiz seçim olduğunu bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında