Konqresmen Maykl Törner: Avropaya təbii qaz nəqli ABŞ-ın müttəfiqlərinin mövqelərini möhkəmləndirəcək və yeni iş yerləri yaradacaqdır

 

ABŞ-da çıxan nüfuzlu siyasi “The Hill”  qəzetinin 17 iyul nömrəsində Ohayo ştatından konqresmen  Maykl Törnerin “Avropaya təbii qaz nəqli ABŞ-ın müttəfiqlərinin mövqelərini möhkəmləndirəcək və yeni iş yerləri yaradacaqdır”  sərlövhəli məqaləsi dərc olunmuşdur. Konqresmen məqalədə ABŞ-ın və onun müttəfiqlərinin milli təhlükəsizliyi üçün mühüm olan məsələlər barədə mülahizələr yürüdür.

ABŞ-ın müttəfiqlərinin Rusiyadan və Yaxın Şərq dövlətlərindən enerji asılılığından danışan M.Törner Ağ Evi qaz nəqlinin şaxələndirilməsində həmin ölkələrə kömək etməyə çağırır. Onun fikrincə, bu, onları qeyri-sabit dövlət və hökumətlərin asılılığından  azad edəcəkdir. Konqresmen yazır: “Avropanın enerji təhlükəsizliyinin təmin olunması təhlükəsizlik məsələlərində ABŞ ilə  müttəfiqlərin tərəfdaşlığını möhkəmləndirəcək, milli təhlükəsizliyimizi gücləndirəcək, iqtisadi inkişafımıza kömək edəcək, ABŞ-ın daxili bazarında yeni iş yerləri və imkanlar  yaradacaqdır”.

M.Törner ABŞ administrasiyası üçün diqqətəlayiq olan iki əsas meyildən  - Xəzər regionundan Avropaya təbii qaz nəqli üzrə Cənub dəhlizi layihəsinin həyata keçirilməsindən və ABŞ-da qaz hasilatının artmasından, bunun sayəsində ixrac və yeni iş yerləri üçün yeni imkanların yaranacağından yazır.

Ohayolu konqresmen yazır: “Heç şübhəsiz, Avropaya enerji resurslarının nəqlinin pozulması ABŞ-ın iqtisadi və milli təhlükəsizliyinə təhlükə yaradır”. Məsələ bundadır ki, Avropanın  qaza tələbatının üçdəbir hissəsi Rusiyadan idxal hesabına təmin  olunur. Rusiya isə son illər Avropanın bəzi hissələrinə ixracı dayandırmışdır. M.Törnerin fikrincə, Şimali Amerikadan və Yaxın Şərqdən qaz nəqli həmişə risklidir, ona görə də  Avropa üçün etibarlı qaz mənbəyinin təhlükəsizliyinə nail olmaq lazımdır. Konqresmen demişdir: “Xoşbəxtlikdən, Avropanın  enerji təhlükəsizliyi məsələləri  son vaxtlar Azərbaycanda və  Amerikada  müzakirə olunmuşdur.  Azərbaycanda  Xəzər dənizindən  iri qaz yatağının işlənməsi üzrə layihənin rəhbərləri Transadriatik qaz kəmərinin seçilməsi barədə qərar qəbul etmişlər.  Bu qaz kəməri Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən İtaliyaya çəkiləcəkdir.  İnşaat başa çatandan sonra  dünyada ən böyük  qaz yataqlarından birindən, Azərbaycan sahilboyunun  40 milində yerləşən  ”Şahdəniz" yatağından qaz Avropa istehlakçısına çatdırılacaqdır".

M.Törner vurğulayır: “Bu, bizim üçün yaxşı xəbərdir, çünki Azərbaycan Avropa və ABŞ üçün etibarlı tərəfdaş və müttəfiqdir”.  Məhz ABŞ-ın milli təhlükəsizliyi üçün Azərbaycanın  əhəmiyyətli olması  səbəbindən  M.Törner ABŞ Konqresinin ikipartiyalı  qanun layihəsini  tərtib etmiş,  ABŞ administrasiyasının Türkiyə, Azərbaycan və Gürcüstana siyasi dəstəyini  möhkəmləndirmək üçün  həmin ölkələrin hökumətləri  ilə münasibətləri  Birləşmiş Ştatların  milli təhlükəsizliyinin prioriteti elan etmişdir. 

Sonra konqresmen ABŞ-da qaz hasilatının genişlənməsindən və ölkəsinin dünyanın ən iri qaz hasilatçısı kimi rolundan söz açmışdır.  ABŞ Energetika Nazirliyinin məlumatına görə,  ölkə 100 illik qaz ehtiyatlarına malikdir. Məhz  qaz hasilatının  həcminin artması  və daxili bazarda  tələbatın azalması səbəbindən qazın xeyli hissəsi  ixrac olunacaqdır.  Bu meyil Cənub dəhlizi layihəsinin icrası ilə bərabər qitənin enerji təhlükəsizliyinin güclənməsinə, eləcə də  ABŞ-ın milli təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxaracaqdır.

Xatırladaq ki, Maykl Törner 2003-cü ildən ABŞ-ın Nümayəndələr Palatasında 10-cu seçki dairəsini təmsil edir, Konqresin Nəzarət və Hökumət İslahatları Komitəsində işləyir, habelə Konqresin Taktiki aviasiya və quru qoşunları alt komitəsində sədrlik edir.  Bundan əlavə, o,  ABŞ-ın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin sədridir.

Yusif BABANLI

AzərTAc

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında