Musa Qasımlı: İclasda Prezident İlham Əliyev ölkənin gələcək inkişaf perspektivləri ilə bağlı konkret hədəfləri təyin etdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində ölkənin gələcək inkişaf perspektivlərini müəyyənləşdirdi, konkret hədəfləri təyin etdi. Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı açıqlama vermişdir.

Millət vəkili qeyd etmişdir ki, bu perspektivlər Azərbaycanı yeni inkişaf mərhələsinə qaldırmaq məqsədi güdür: “Ötən 6 ayda Azərbaycan regionlarının inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşması, bütövlükdə Avropanın böhrandan əziyyət çəkdiyi şəraitdə Azərbaycanın inkişafı göz önündədir. Yeni iş yerlərinin açılması, yolların çəkilməsi, sosial-mədəni obyektlərin işə salınması ötən 6 ayda hökumətin siyasətinin başlıca olaraq Azərbaycan xalqının rifahına yönəldiyini göstərir”.

M. Qasımlı xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyev müşavirədə Azərbaycan rayonlarında kənd yerlərinə müasir yolların çəkilməsi məsələsini qaldırıb ki, bu da heç bir zaman Azərbaycan tarixində olmayıb.

Deputat deyib ki, iclasda, həmçinin Azərbaycanın yeni bazarlara çıxması, xaricə kapital qoyuluşunun artırılmasının vacibliyi ön plana çəkilmişdir: “Bu da Azərbaycanın nüfuzunun artmasına gətirəcək. Azərbaycanın nüfuzunun artması isə Azərbaycanı istəməyən xarici ölkələr və bəzi mərkəzlərin təzyiqlərinin artmasına gətirib çıxarır, həmin ölkələr və mərkəzlər Azərbaycanda güclü dövlətin olmasını istəmirlər və çalışırlar ki, zəif hakimiyyət olsun və özlərinin maraqlarını təmin etsinlər. Hesab edirəm ki, Azərbaycan ərazilərinin bir hissəsinin işğal altında qalmasına, məcburi köçkün və qaçqınların olmasına baxmayaraq, ötən 6 aydakı inkişaf Azərbaycanın yaxşı gələcəyindən xəbər verir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında