Səfir Elin Süleymanov: “Dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətləri hər iki xalqın maraqlarına cavab verir”

 

Milli Məclisin ABŞ-da səfərdə olan nümayəndə heyəti Türk Amerikan Alyansının ABŞ Konqresində təşkil etdiyi iftarda iştirak etmişdir

ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq Münasibətlər  və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, millət vəkilləri Sevinc Fətəliyeva və Asim Mollazadə ABŞ-da türkdilli xalqların ən nüfuzlu diaspor təşkilatlarından olan Türk Amerikan Alyansının ABŞ Konqresində təşkil etdiyi iftarda iştirak etmişdir.

APA-nın məlumatına görə, tədbirdə eyni zamanda keçmiş senator Riçard Luqar, Konqres üzvləri Şeyla Cekson Li, Devi Devis, Korrin Broun, səfir Elin Süleymanov, Konqresin aparatının çoxsaylı təmsilçiləri və ABŞ-da yaşayan türkdilli xalqların nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən millət vəkili Səməd Seyidov ABŞ-ın türkdilli dövlətlərlə əməkdaşlığının əhəmiyyətindən bəhs edərək son zamanlar bu əməkdaşlığın daha da gücləndiyini vurğulamışdır. O, eyni zamanda çoxşaxəli Azərbaycan-ABŞ əməkdaşlığının beynəlxalq və regional təhlükəsizliyə ciddi töhfə verdiyini bildirmişdir.

Millət vəkili Asim Mollazadə öz çıxışında Azərbaycan və ABŞ arasındakı tərəfdaşlığın ortaq maraqlarla yanaşı, eyni dəyərlərə söykəndiyini bildirmişdir. O, hər iki ölkənin paylaşdığı dəyərlərin təşviq edilməsi baxımından  ikitərəfli tərəfdaşlığın əhəmiyyətinə diqqəti çəkmişdir.

Səfir E.Süleymanov Türk Amerikan Alyansının və bu Alyans çərçivəsində fəaliyyət göstərən çoxsaylı diaspor təşkilatlarının ABŞ-da yaşayan türkdilli xalqların mövqeyinin, eləcə də ABŞ-ın türkdilli dövlətlərlə olan münasibətlərinin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir. O, eyni zamanda hal-hazırda dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətlərinin hər iki xalqın maraqlarına cavab verdiyini vurğulamışdır. E. Süleymanov Vaşinqtonda səfərdə olan Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Konqresdə keçirdiyi çoxsaylı görüşlərin ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinə böyük təsir göstərəcəyinə əminliyini ifadə etmişdir.

Eyni zamanda, tədbirdə senator Riçard Luqar, Konqres üzvləri Şeyla Cekson Li  və Devi Devis çıxış edərək ABŞ-ın türkdilli dövlətlərlə olan əməkdaşlığının əhəmiyyətini qeyd etmişlər.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında