Çoxmədəniyyətli və tolerant ölkə olan Azərbaycan dünya üçün bir nümunədir

 

İyulun 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Madrid Klubunun Sülh, Mədəniyyət Fondunun sədri, UNESCO-nun sabiq baş direktoru Federiko Mayor Saraqosanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan hökuməti və müstəqil qeyri-ticarət təşkilatı olan Madrid Klubu arasında əməkdaşlığın yaradılmasından və inkişaf etdirilməsindən məmnunluq ifadə olunmuş, əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Elmar Məmmədyarov Madrid Klubu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşəbbüsü ilə Bakıda keçirilən konfransın işini müsbət qiymətləndirmiş, tərəflər arasında imzalanmış Beynəlxalq Əməkdaşlıq Memorandumunun münasibətlərimizə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Çoxmədəniyyətli və tolerant ölkə kimi Azərbaycanın dünya üçün bir nümunə olduğunu diqqətə çatdıran Federiko Mayor Saraqosa qadınların respublikamızın cəmiyyətindəki rolunu və gender bərabərliyinin qorunub saxlanılmasını yüksək qiymətləndirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında