Prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı seminar keçirilmişdir

 

İyulun 16-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı seminar keçirilmişdir.

AzərTAc xəbər verir ki, seminarda çıxış edən YAP-ın icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, tədbirin  məqsədi qanunvericiliyin tələbinə uyğun olaraq namizədin qeydiyyatı üçün 37 seçki dairəsində imza vərəqələrinin doldurulması prosesini həyata keçirməkdir. YAP-ın Bakı, Abşeron, Sumqayıt təşkilatları üzrə dövlətimizin başçısı İlham Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün 12 min 100 imza toplanmalıdır. Bu da partiya üzvlərinin 8 faizini təşkil edir.

Qeyd edilmişdir ki, Seçki Məcəlləsinə görə, bir namizəd üçün, ümumilikdə, 40 min seçici imzası toplanmalıdır. O demişdir: “YAP öz namizədinin müdafiəsi üçün bir milyonadək imza toplaya bilər. Seçki Məcəlləsinin digər tələblərinə görə, azı 60 dairədən imza toplanmalıdır. Lakin YAP idarə heyəti bütün 125 dairədən imza vərəqələrinin toplanılması ilə bağlı qərar qəbul etmişdir”.

S.Novruzov imzatoplama kampaniyası zamanı qarşıya çıxa biləcək problemlər və onların aradan qaldırılması və digər məsələlər haqqında danışmışdır.

Seminarda YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı tədbir iştirakçılarını seçki texnologiyaları ilə bağlı mövcud qaydalarla tanış etmişdir. O demişdir: “Seçki kampaniyasının çox mühüm mərhələləri vardır. Bundan sonrakı mərhələ isə təşviqat və təbliğat kampaniyasıdır. Təbliğat işində diqqət yetirilməsi vacib olan bir sıra məqamlar mövcuddur. Yəni təbliğat kampaniyası dövründə başlıca diqqət YAP-ın namizədinin əsasən partiyanın üzvü olan tərəfdarlarının və ümummilli lider Heydər Əliyevin kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyənlərin səsini qazanmağa nail olmasına  yönəldilməlidir”.

Sonra partiyanın qarşıdan gələn prezident seçkilərinə hazırlığı, prezidentliyə namizədin qeydiyyatı ilə bağlı imzatoplama, Prezident İlham Əliyevin 10 illik fəaliyyəti ərzində qazandığı uğurlar, iqtisadiyyatın inkişafı, ölkədəki ictimai-siyasi proseslər və digər məsələlərlə bağlı müzakirələr aparılmışdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında