Yeni Azərbaycan Partiyası sentyabrın 18-20-dən etibarən prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına başlayacaqdır

 

Yeni Azərbaycan Partiyası (YAP) sentyabrın 18-20-dən etibarən prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına başlayacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı iyulun 16-da partiyanın Xətai rayon təşkilatında prezidentliyə namizədin qeydə alınması üçün seçici imzalarının toplanması ilə bağlı keçirilən seminarda demişdir.

Azərbaycanda indiyədək keçirilmiş bütün seçkilərdə seçici fəallığının yüksək olduğunu bildirən M.Qurbanlı YAP-ın prezidentliyə namizədi, dövlətimizin başçısı İlham Əliyevə səs verəcək şəxslərlə bağlı proqnozlarını da açıqlamışdır. Vurğulamışdır ki, həmin şəxslər YAP-ın 600 mindən çox üzvü, eləcə də Prezident İlham Əliyevin siyasətini dəstəkləyən milyonlarla bitərəf və başqa partiyaların üzvləri və digər vətəndaşlardır. Aparılan hesablamalar zamanı müəyyənləşdirilmişdir ki, istər radikal, istərsə də konstruktiv müxalifət partiyalarının təmsilçiləri, yəni YAP namizədinə səs verməyəcək şəxslərin sayı ümumi səsvermə hüququ olan şəxslərin sayının cəmi dörd faizini təşkil edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında