ATƏT sədri: Minsk qrupunun fəaliyyəti daha fəal ola bilər

 

ATƏT-in Minsk qrupunun fəaliyyəti daha aktiv ola bilər. Trend-in bazar ertəsi Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Yerevanda mətbuat konfransında demişdir.

 

Kojara xatırlatmışdır ki, Ukrayna üçün ATƏT-də sədrliyi dövründə dondurulmuş münaqişələrin nizamlanması prioritetlərdən biridir.

Nazir bildirmişdir: “Ukrayna dondurulmuş münaqişələrlə əhatə olunub. Bunlar Moldova və Cənubi Qafqazdır. Ukraynanın mövcud məsələyə diqqəti bununla əsaslanıb”.

Onun sözlərinə görə, Ukrayna aktiv prosesi dəstəkləməyin, müxtəlif formatlarda, yəni prezidentlər və xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsinin zəruriliyindən çıxış edir.

Kojara qeyd etmişdir ki, Ukrayna Minsk qrupunun fəaliyyətini dəstəkləyir, lakin hesab edir ki, qrup daha fəal və fəaliyyətinin daha konkret nəticələri ola bilərdi.

ATƏT sədrinin sözlərinə görə, heç bir münaqişə konfrans və ya iclasdan sonra nizamlanmamışdır, praktiki iş lazımdır.

Kojara, eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri arasında görüşün təşkilinin vacibliyini vurğulamışdır.

Nazir demişdir ki, Ukrayna belə görüşün keçirilməsi üçün öz ərazisini təqdim etməyə hazırdır: “Bundan başqa, Ukrayna humanitar fəlakətlərin nəticələrinin yüngülləşdirilməsinə istiqamətlənmiş istənilən fəaliyyəti dəstəkləyir. İstənilən münaqişə isə belə nəticələr törədəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında