Nyu-York ştatının Baş Assambleyası ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında proklamasiya qəbul etmişdir

 

Nyu-York ştatının Baş Assambleyası “Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı” tanıyan proklamasiya qəbul etmişdir.

Ştatın qanunverici hakimiyyətinin aşağı palatasının üzvləri bu sənəddə 1991-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının türk və İslam dünyası dövləti kimi müstəqilliyinin bərpa olunması, habelə 1992-ci ildə Azərbaycanın müstəqilliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması faktı vurğulanır.

Sənəddə daha sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ABŞ-ın müttəfiqi kimi Azərbaycanın strateji rolu, o cümlədən Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak etməsi, Əfqanıstana göndərilən qeyri-hərbi təyinatlı materialların 40 faizinin daşınması üçün Bakının öz hava məkanını və aeroportlarını təqdim etməsi, ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsinə Azərbaycanın töhfəsi, habelə bu ölkədə müxtəlif dinlərə və etnik qruplara münasibətdə tolerantlıq ab-havası məsələlərindən bəhs edilir.   

Yusif BABANLI,

 AzərTAc

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında