Naxçıvanda yeni inzibati obyektlər

1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycanın tarixində yeni dövr başlanmışdır. Bu dövr müasir tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük uğurlar qazanılmışdır. Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əsl intibaha nail olunmuşdur. Bu gün ulu öndərin arzularının reallaşdırıldığı muxtar respublikada genişmiqyaslı quruculuq işləri aparılır, şəhər və rayon mərkəzləri müasir görkəm alır.

Ümummilli liderimizin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 44-cü ildönümü ilə bağlı Şərur Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilmişdir.

Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin binanın qarşısındakı abidəsinin önünə gül dəstəsi qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişdir.

Sonra Ali Məclisin sədri binanın açılışını bildirən lenti kəsmişdir.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Məmmədov demişdir ki, bu gün muxtar respublikamızın bütün bölgələrində abadlıq-quruculuq işləri aparılır. Şərur rayonunda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. 1995-ci ildən ötən dövr ərzində rayonda 31 məktəb binası, 13 tibb müəssisəsi inşa edilmiş, 22 kənd yaşayış məntəqəsində kompleks abadlıq işləri görülmüşdür. Hazırda rayonun 5 kəndində quruculuq işləri davam etdirilir. Şərur şəhərində də yeni inzibati binalar, sosial obyektlər tikilmiş, park və xiyabanlar salınmışdır. Rayon icra hakimiyyəti üçün yeni inzibati binanın istifadəyə verilməsindən söz açan İbrahim Məmmədov yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: “Bu gün Azərbaycanda ümummilli liderimiz Heydər Əliyevin müəyyələşdirdiyi siyasi xətt uğurla davam etdirilir. Ölkəmizin siyasi və iqtisadi qüdrəti artır, insanların maddi-rifah halı yaxşılaşır. Mövcud sabitlik, iqtisadi inkişaf Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bütün bunlar isə ulu öndərin siyasi xəttinin sədaqətlə həyata keçirilməsinin nəticəsidir.”

Ali Məclisin sədri Vasif Talıbov kollektivin rayonun inkişafı, sakinlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirmiş, binada yaradılan şəraitlə tanışlıqdan sonra demişdir: 1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlmişdir. Həmin dövrdən etibarən ulu öndərin həyata keçirdiyi məqsədyönlü siyasi xətt ölkəmizin bütün regionlarını tərəqqiyə, inkişafa qovuşdurmuşdur. 14 iyul Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin əsasının qoyulduğu tarixdir. Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının belə bir əlamətdar dövrdə istifadəyə verilməsi kollektivin qarşısına mühüm vəzifələr qoyur.

***

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şərur Rayon Qeydiyyat Şöbəsinin yeni inzibati binası da istifadəyə verilmişdir.

Ali Məclisin sədri Vasif Talıbov Şərur Rayon Qeydiyyat Şöbəsinin yeni inzibati binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək yaradılan şəraitin müqabilində əməkdaşların daha səylə çalışacaqlarına əminliyini bildirmiş, binanın açılışını bildirən lenti kəsmişdir.

***

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Şərur Rayon İcra Hakimiyyətinin yerləşdiyi əvvəlki binaya da baxmış, onun layihələndirilərək yenidən qurulması barədə tapşırıqlar vermişdir.

Sonra Ali Məclisin sədri Şərur şəhərindəki 34 və 1 nömrəli yaşayış binalarında aparılan yenidənqurmanın gedişi ilə maraqlanmış, işlərinin keyfiyyətlə aparılmasını tapşırmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında