Qaxda Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş keçirilmişdir

 

İyulun 13-də Qax Rayon Mədəniyyət Evində Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir.

Tədbiri YAP rayon təşkilatının sədri Nizami Əhmədov açaraq ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, sıraları günbəgün genişlənərək ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının son illər ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində daim inamlı qələbələr qazandığını diqqətə çatdırmışdır. N.Əhmədov bu ilin payızında keçiriləcək növbəti prezident seçkilərində də YAP-ın qələbəsinin heç bir şübhə doğurmadığını vurğulayaraq qeyd etmişdir ki, üzvlərinin sayı 3753 nəfərə çatan Qax rayon təşkilatı da seçkilərdə fəallıq göstərərək partiyanın qələbəsinə öz layiqli töhfəsini verəcəkdir.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Azərbaycanın bütün bölgələri kimi, Qax rayonunun da sürətlə inkişaf etdiyini, rayonda böyük tikinti-quruculuq işlərinin aparıldığını, su-kanalizasiya sistemlərinin tikildiyini və digər layihələrin icra olunduğunu qeyd etmişdir.

Yeni Azərbaycan Partiyasının sıralarında 600 mindən artıq Azərbaycan vətəndaşının birləşdiyini diqqətə çatdıran YAP sədrinin müavini demişdir: Bu, çox əzəmətli, möhtəşəm bir qüvvədir. Bu partiyanın gücü yalnız onda deyil ki, sıralarında yüz minlərlə insan birləşir. YAP-ın gücü həm də sıralarında birləşən bu insanların böyük hörmət və nüfuz sahibi olmasındadır. Partiya üzvlərinin əksəriyyəti Azərbaycanın tanınmış ziyalılardır, dövlətimizə, xalqımıza sədaqətlə xidmət etmiş, inkişafımıza böyük töhfələr vermiş insanlardır, nüfuzlu ağsaqqallardır. Bütün bu amillər YAP-ın ictimai dəyərini, çəkisini daha da artırır. Bu insanlar qarşıdan gələn prezident seçkilərində partiyanın namizədi, Prezident İlham Əliyevin inamlı qələbə qazanmasına əhəmiyyətli töhfələr vermək imkanına malikdirlər.

İcra katibi bildirmişdir ki, Azərbaycanın son 10 ildə keçdiyi yolu, sözün həqiqi mənasında, ölkəmizin bütövlükdə, bütün parametrlərə - iqtisadi, sosial, müasirləşmə, modernləşmə göstəricilərinə görə əzəmətli inkişaf mərhələsi adlandırmaq olar. Bu mərhələnin fundamental əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət dövlətə, xalqa, insana, eyni zamanda gələcəyə xidmət edir.

Bu gün Azərbaycanda nə edilirsə, hamısının insanların rifahı naminə edildiyini vurğulayan Ə.Əhmədov daha sonra demişdir ki, bütün bunlar - yaradılanlar və qurulanlar, ölkəmizin güclənməsi,  simasının yeniləşməsi və müasirləşməsi, əldə olunan sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq və digər amillər prezidentin yüksək imicinin formalaşmasına gətirib çıxarmışdır. Buna görə də Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı şəkildə bəyənir, dəstəkləyir və müdafiə edirlər.

 

Görüşdə çıxış edənlər əmin olduqlarını söyləmişlər ki, qarşıdakı prezident seçkiləri Azərbaycan xalqının Prezident İlham Əliyevlə, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası ilə birgə olduğunu bir daha nümayiş etdirəcək, seçicilər partiyanın namizədinə səs verməklə etibarlı gələcəyə səs vermiş olacaqlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında