Riçard MORNİNQSTAR: “ABŞ əlindən gələni edəcək ki, Dağlıq Qarabağ münaqişəsinin yekun həlli imkanlarını artırsın”

 

“ABŞ ATƏT-in Minsk qrupunda fəaliyyətini gücləndirəcək və əlindən gələni edəcək ki, bu münaqişənin yekun həlli imkanlarını artırsın”.

APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Minsk qrupunun həmsədrləri və erməni həmkarı Edvard Nalbandyanla Vyanada keçiriləcək görüşünü şərh edərkən bildirib.

Səfir həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqı üçün ağrılı-acılı və önəmli bir problemdir.

Moldova ombudsmanı Aureliya Qriqoriunun Ermənistan parlamentində Xocalı soyqırımı ilə bağlı çıxışından sonra üzləşdiyi təhdid və təqibləri barədə fikirlərini bölüşən R.Morninqstar bu məsələdən xəbərdar olduğunu bildirib: “Mənim vəzifəmi nəzərə alaraq, bu məsələ ilə bağlı hər hansı şərh verməməyim daha yaxşı olardı. Bu məsələnin Moldova, Ermənistan və Azərbaycan arasında həll olunması daha məqsədəuyğun olardı”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında