Alman deputat: “Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın güzəştə getməsi şərtdir”

 

“Azərbaycan torpaqlarının Ermənistan silahlı birləşmələri tərəfindən işğalı 20 ildir davam edir və biz hələ də problemin sülh yolu ilə həllini görmürük.

BMT Təhlükəsizlik Şurasının bu məsələyə dair qəbul etdiyi qətnamələr birmənalıdır: Dağlıq Qarabağın işğalı beynəlxalq hüququn pozulması deməkdir. Almaniya bu məsələdə BMT Təhlükəsizlik Şurasını dəstəkləyir".

  APA-nın məlumatına görə, bunu Almaniya Xristian Demokrat İttifaqından (CDU/CSU) millət vəkili, Parlamentin Müdafiə Komitəsinin üzvü Otto Henninq Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında demişdir.

 O. Henninq bildirmişdir ki, Ermənistan Dağlıq Qarabağın işğalına son qoymalıdır: “Ondan sonra məcburi köçkünlər öz torpaqlarına qayıda bilər”.

 Azərbaycanın coğrafi mövqeyinə görə Rusiya və İran, Türkiyə və Xəzər dənizi arasında mühüm bir regionda yerləşdiyini qeyd edən deputat Almaniyanın iyirmi ildən çoxdur, Azərbaycanla dostluq etdiyini vurğulamışdır: “Odur ki, biz ikitərəfli münasibətlərin daim güclənməsində çox maraqlıyıq”.

 O. Heninqin fikrincə, əsl sülh prosesinə nail olmaqdan öncə Azərbaycanla Ermənistan arasındakı vəziyyət normallaşdırılmalıdır: “Odur ki, hazırkı vəziyyətdə Ermənistanın güzəştə getməsi şərtdir. Ötən il Dağlıq Qarabağda keçirilən qondarma “prezident seçkiləri” qeyri-legitim idi. Bu cür addımların atılmasında məqsəd  status-kvonun saxlanılmasıdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında