Koreya Respublikası Azərbaycanı özünün yaxın dostu hesab edir

 

İyulun 12-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının milli müdafiə komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən Z.Əsgərov son illər ərzində Azərbaycan ilə Koreya Respublikasının parlament və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinin intensiv xarakter aldığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu, ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini deməyə tam əsas verir.

Vurğulanmışdır ki, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 800 milyon dollar məbləğində olmuşdur. Azərbaycanda Koreya Respublikasının “Samsunq”, “LG”, “ Hyundai” kimi tanınmış şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırmışdır ki, Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Azərbaycan bütün sahələrdə olduğu kimi, hərbi sahədə də region dövlətlərini üstələyir. Rəsmi Bakı hərbi cəhətdən güclənmək məcburiyyətindədir. Çünki Ermənistan işğalçılıq siyasəti yürüdərək qonşularına qarşı əsassız torpaq iddiaları irəli sürür. İşğalçılıq siyasətinin nəticəsində Ermənistan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsini və digər ərazilərimizi zəbt etmiş və etnik təmizləmə aparmışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Koreya Respublikası Milli Assambleyasının milli müdafiə komitəsinin birinci dərəcəli üzvü, nümayəndə heyətinin rəhbəri Ahn Gyu Bak demişdir ki, Azərbaycan kimi inkişaf etmiş dövlət ilə əməkdaşlıq etmək olduqca faydalıdır. Biz Azərbaycanı özümüzə dost ölkə hesab edirik və əməkdaşlığımızın təməlini möhkəmləndirərək gələcək nəsillərə ötürməliyik.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında