BMT İnkişaf Proqramı: Azərbaycanın yoxsulluğun aradan qaldırılması sahəsindəki uğurları təqdirəlayiqdir

 

 Azərbaycanda BMT İnkişaf Proqramının (BMT İP) Şərqi Avropa və MDB ölkələri üzrə Regional Bürosu Əməkdaşlıq və Resursların Səfərbərliyi mövzusunda seminar keçirmişdir.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən xəbərə görə, seminarın məqsədi ölkə ofislərinin insanların həyat şəraitinin yaxşılaşdırılmasında səmərəli fəaliyyətini təşkil etmək üçün BMT İnkişaf Proqramının maliyyə dayanıqlılığını və effektiv planını hazırlamaqdır. Yeni strategiyasının qəbul olunması ilə BMT İP donor təşkilatı imicini dəyişib, əməkdaşlıq üçün yaxşı şərait yaratmaqla güvənli və etibarlı partnyor kimi hökumətlərlə əlaqələrini daha da gücləndirəcək.

Tədbirdə çıxış edən BMT İP-in Regional Bürosunun direktor müavini Haoling Xu Azərbaycanın yoxsulluğun aradan qaldırılması sahəsindəki uğurlarının təqdirəlayiq olduğunu və hökumətin BMT İP ilə yüksək səviyyəli əməkdaşlığının region ölkələri üçün gözəl nümunə olduğunu demişdir: “Maliyyə dəstəyi göstərməklə Azərbaycan BMT İP-in sadiq tərəfdaşı olduğunu bir daha sübut edir. Azərbaycan hökuməti BMT İP-in fəaliyyətində öz rolunu əhəmiyyətli dərəcədə artırmışdır. Biz əminliklə Azərbaycanın BMT İP-in yeni baxış və strategiyasına hazır olduğunu söyləyə bilərik. Məhz bu səbəbdən biz bu seminarın Bakı şəhərində keçirilməsinə qərar verdik”.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə Azərbaycanın Cənub-Cənub əməkdaşlığına maraqlı olduğunu və BMT İP sistemində artıq donor alan ölkədən donor verən ölkəyə çevrildiyini vurğulamışdır. “Azərbaycan 2020: Gələcəyə baxış” Dövlət Strategiyasının qəbul edilməsi ilə Azərbaycanın yeni inkişaf dövrünün başlayacağını bildirən M.Məmmədquliyev Azərbaycanın xüsusilə kənd təsərrüfatı, İKT, turizm, təhsil, səhiyyə və idarəçilik sahəsində BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığının davam etdiriləcəyini söyləmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında