Azərbaycanın Estoniyadakı səfirliyi Dağlıq Qarabağ regionuna səfərlərin Azərbaycanın razılığı olmadan qəbuledilməzliyi barədə xəbərdarlıq etmişdir

 

Azərbaycanın xarici ölkələrdəki bütün diplomatik nümayəndəlikləri kimi respublikamızın Estoniyadakı səfirliyi rəsmi internet səhifəsində Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ regionuna səfərlərin Azərbaycanın razılığı olmadan qəbuledilməzliyi barədə xəbərdarlıq yerləşdirmişdir.

Səfirlikdən AzərTAc-a verilən məlumata görə, bundan əlavə, cari ilin iyununda xalq diplomatiyası çərçivəsində özəl şirkətlərdən birinin sifarişi və maliyyə dəstəyi ilə erməni diasporunun nümayəndələri olan 300-dək Estoniya vətəndaşının “Hamı Yerevana gedir” adlı mədəni aksiya çərçivəsində Yerevana səfər etdikləri ilə əlaqədar Azərbaycan səfirliyi Estoniyanın müvafiq dövlət qurumlarının diqqətinə bir daha çatdırmışdır ki, Ermənistanın işğal etdiyi Azərbaycanın ərazilərinə qanunsuz səfərlər Azərbaycan qanunlarını, eləcə də beynəlxalq hüququn normalarını və prinsiplərini pozur. 

Rusdilli qəzetlərdən birinin jurnalisti mövzu ilə bağlı kifayət qədər məlumatlı olmadığı üçün qeyd olunan xəbəri yanlış şəkildə şərh etmişdir. Bu yazı ilə əlaqədar Azərbaycanın Estoniyadakı səfirliyi dərc edilmiş məlumatın yanlış olduğunu jurnalistə izah etməyə cəhd göstərəcəkdir.

Səfirliyin məlumatında vurğulanır ki, Estoniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi 2009-cu il yanvarın 13-də Bakıda və 2010-cu il aprelin 7-də Tallində  imzalanmış Azərbaycan Respublikasının Prezidenti və Estoniya Respublikasının Prezidentinin Birgə Bəyannaməsində təsbit edilmişdir. Bəyannamədə deyilir: “Estoniya tərəfi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini, ATƏT-in əsas sənədlərini tam dəstəkləyərək və onları rəhbər tutaraq, Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla tanınmış normaları və prinsipləri əsasında, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına hörmət və riayət edilməsi əsasında, sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulamışdır.

 Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində ATƏT çərçivəsində davam edən səylərə, Minsk qrupunun fəaliyyətinə istinad edərək bu istiqamətdə daha təsirli və qətiyyətli addımların atılmasının vacibliyini Estoniya tərəfi qeyd etmişdir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında