Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri moldovalı ombudsmanın ədalətli mövqeyini yekdilliklə dəstəkləyirlər

 

İyulun 9-da Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvləri Yerevanda cəsarətli bəyanatı ilə yadda qalan Moldova ombudsmanı xanım Aureliya Qriqoriuya dəstək olmaq üçün bir yerə toplaşmışlar.

YAP Gənclər Birliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, toplantıda Moldovanın parlament vəkili (ombudsmanı) Aureliya Qriqoriunun Yerevanda beynəlxalq konfransda çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini və Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirildiyini söylədiyi diqqətə çatdırılmışdır.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirmişdir ki, moldovalı ombudsman bu haqlı fikirlərinə görə Ermənistanda təhdidlərə, hədələrə və təzyiqlərə məruz qalmışdır. Onun parlamentdəki çıxışı həyatı üçün böyük risklər yaratmışdır.

 S.Orucov demişdir: “Əsas məqsədimiz ombudsmanın sosial şəbəkəsindəki ünvanına təşəkkür məktubu yazmaqdır. Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıran insanlara qarşı daim diqqətcil olmalıyıq. İnanıram ki, bütün türk dünyası xanım Aureliya Qriqoriunun cəsarətli və obyektiv mövqeyini dəstəkləyir və bundan sonra da dəstəkləməkdə davam edəcəkdir. Çünki o, Ermənistan parlamentinin tribunasından bu ölkəni haqlı olaraq işğalçı dövlət adlandırmışdır. Buna görə də moldovalı ombudsmanın hüquqları kobud şəkildə pozulmuş və onun öz ölkəsinə qayıtmasına imkan verilməmişdir. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin, xüsusilə də xarici ölkənin rəsmi nümayəndəsinin beynəlxalq təşkilatların qəbul etdikləri qərarları azad şəkildə bəyan etməsi tam normaldır”.

Tədbirin sonunda YAP Gənclər Birliyinin üzvləri moldovalı ombudsmanın şəxsi “Facebook” səhifəsinə öz rəylərini yazmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında