Milli Məclisin sədri Oqtay Əsədov parlament spikerlərinin 3-cü dünya konfransında çıxış etmişdir

İsveçrənin Cenevrə şəhərində keçirilən parlament spikerlərinin 3-cü dünya konfransı iyulun 21-də öz işini davam etdirmişdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, konfransda Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmişdir. Azərbaycan parlamenti adından konfrans iştirakçılarını salamlayan Oqtay Əsədov qeyd etmişdir ki, bu gün bəşəriyyət böyük sınaqlar qarşısındadır. Dünyada maliyyə böhranı, terrorçuluq, separatizm, insan alveri, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqlim dəyişikliyi, ərzaq və enerji təhlükəsizliyi və digər qlobal problemlər geniş vüsət almışdır. Bu problemləri yalnız dövlətlərin birgə səyləri ilə aradan qaldırmaq mümkündür. Oqtay Əsədov vurğulamışdır ki, dövlətlər arasında əməkdaşlığın zəruriliyi heç vaxt bu qədər dərindən hiss olunmamışdır.
Milli Məclisin sədri bildirmişdir ki, çağırışları dəf etmək üçün biz həm ölkələr olaraq fərdi, həm də dünya birliyi olaraq kollektiv məsuliyyət daşıyırıq. Demokratiyanın təmin edilməsi problemlərin həllində müstəsna əhəmiyyət daşıyır. Bəşəriyyətin ən dəyərli nailiyyətlərindən olan demokratiyanı parlamentsiz düşünmək mümkün deyil.
Oqtay Əsədov parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini və rolunu xüsusi qeyd etmiş, konfransın yekununda qəbul olunacaq bəyannamə layihəsinin Azərbaycan tərəfindən birmənalı dəstəkləndiyini bildirmişdir.
Milli Məclisin sədri Xorvatiya parlamentinin rəhbəri Luka Bebiç ilə də görüşmüşdür.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı, ikitərəfli münasibətlərin müxtəlif istiqamətləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, enerji təhlükəsizliyi, iqtisadiyyat, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafında parlamentlərimiz mühüm rol oynaya bilər.
Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan parlamentində Xorvatiya ilə dostluq qrupu fəaliyyət göstərir. Belə bir qrupun Xorvatiya parlamentində də olması əlaqələrimizin genişlənməsinə təkan verə bilər.
Söhbət zamanı Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, bu təşkilatlarda ölkələrimizin təmsil olunması ilə bağlı fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
Görüşdən sonra Milli Məclisin nümayəndə heyəti yenidən parlament sədrlərinin konfransına qatılmışdır.
Müzakirələrdən sonra parlament sədrlərinin 3-cü dünya konfransının Bəyannaməsi qəbul edilmiş və bununla da konfrans öz işini başa vurmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında