Əli Həsənov: "Azərbaycan hakimiyyəti Türkiyə Baş nazirinin ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağın prioritet mövzu olacağına inanır"

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan hakimiyyəti Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-da keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ probleminin həlli məsələlərinin prioritet mövzu olacağına inanır.
Əli Həsənov demişdir: "Gözləntimiz ondan ibarətdir ki, ABŞ Prezidenti Minsk qrupu həmsədrlərindən biri olan ölkənin başçısıdır və Ermənistanı konstruktiv mövqeyə gətirmək məqsədilə rəsmi Yerevanı Dağlıq Qarabağ məsələsində öz işğalçı mövqeyindən əl çəkməyə məcbur etsin, ona təzyiq göstərsin".
Şöbə müdiri demişdir ki, bölgədə sülhün yaranması ilk növbədə, Ermənistanın işğalçı mövqeyindən əl çəkməsindən asılıdır.
"Düşünürük ki, ABŞ və Türkiyənin orada iştirak edəcək Baş naziri bu məsələni gündəmin birinci məsələsi sırasında qaldıracaq və hansısa bir mexanizmlə Ermənistan prezidentinə təzyiq göstərəcəklər", - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında