Böyük Britaniya Azərbaycana yeni səfir təyin etmişdir

 

Səfir İrfan SİDDİQ: “Azərbaycan böyük strateji əhəmiyyət kəsb edir”

İrfan Siddiq Böyük Britaniyanın Azərbaycanda səfiri təyin olunmuşdur. Bu barədə Trend-ə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat vermişlər.

Siddiq avqust ayında fəaliyyətə başlayacaq.

İrfan Siddiq Böyük Britaniyanın diplomatik xidmətində təqaüdçü olan Piter Beytmanı əvəz edəcək.

Siddiq Böyük Britaniyanın Xarici İşlər Ofisində fəaliyyətə 1998-ci ildə başlamışdır. Hindistan, Misir, Amerika Birləşmiş Ştatları, Suriya və İraqda geniş təcrübə qazanmışdır.

Diplomat Azərbaycana səfir təyin olunması münasibətilə demişdir: “Mən Böyük Britaniyanın Azərbaycan Respublikasında səfiri təyin edilməyimdən çox şadam. Azərbaycan cəlbedici ölkədir. Zəngin mədəni irsə, dinamik iqtisadiyyata malik bir ölkədir və böyük strateji əhəmiyyət kəsb edir. Mən Azərbaycanda yaşamaq və işləmək, Azərbaycan və Azərbaycan xalqını tanımaq və Böyük Britaniyanın maraqlarını və dəyərlərini daha yaxşı təbliğ etmək üçün Britaniya-Azərbaycan əlaqələrini inkişaf etdirməyi səbirsizliklə gözləyirəm”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında