Milli Məclis sədrinin müavini Bahar Muradova Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski ilə görüşmüşdür

İyulun 21-də Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Polşanın ölkəmizdəki səfiri Kşiştof Krayevski ilə görüşmüşdür.
Azərbaycan və Polşa arasındakı münasibətlərin qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslandığını və hər iki xalqın mənafeyinə xidmət etdiyini vurğulayan Bahar Muradova qeyd etmişdir ki, ATƏT çərçivəsində iki ölkə arasında dostluq münasibətləri mövcuddur. Bahar Muradova Azərbaycanla Polşa arasında ikitərəfli münasibətlərin səviyyəsini yüksək qiymətləndirərək diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Səfir Kşiştof Krayevski fəaliyyət göstərdiyi dövrdə Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahədə sürətlə inkişaf etdiyini bildirmiş, iki ölkə arasında əməkdaşlığın inkişafında dövlət başçılarının xüsusi rolunu vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında