ABŞ Azərbaycanlıları Şəbəkəsi Ermənistan hakimiyyət orqanlarının Moldovanın parlament vəkilinə qarşı hərəkətlərini pisləməyə çağırır

 

ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN)  Ermənistan hakimiyyət orqanlarının Moldovanın parlament vəkilinə, ombudsman Aureliya Qriqoriuya qarşı hərəkətlərini  pisləmək çağırışı ilə ABŞ hakimiyyət orqanlarına  müraciəti dərc olunmuşdur.

USAN-ın saytında yerləşdirilmiş müraciətdə deyilir ki, Moldova ombudsmanı  Ermənistan parlamentində çıxış etdikdən sonra onu  bu ölkədən buraxmamış,  ünvanına təhdidlər səsləndirmişlər.

Müraciətdə deyilir: “Ermənistanın hakimiyyət  orqanları  hədə-qorxu, təqib, təhdid  yolu ilə  ombudsmanı  şantaj etmişlər ki,  bunların da hamısı bir yerdə dövlət terrorizminə dəlalət edir.  Ermənistan dünya  birliyi tərəfindən tanınmış dəyərlərə  növbəti dəfə  tam hörmətsizlik nümayiş etdirmişdir”.

Müraciətdə 1992-ci  ildən başlayaraq ABŞ-ın bu ölkəyə   göstərdiyi bütün yardımın azaldılmasının zəruriliyi vurğulanmışdır. Müraciətdə deyilir ki, ABŞ Administrasiyası, Dövlət Departamenti və Konqresi  Ermənistanı öz üzərinə götürdüyü  öhdəlikləri yerinə yetirməyə və Xocalıda soyqırımı törətdiyini etiraf etməyə çağırmağa borcludurlar.

Təşkilatın üzvləri ABŞ-ın hakimiyyət orqanlarına belə bir sualla müraciət etmişlər: “Biz Ermənistanın terrorçu hərəkətlərini hələ nə qədər dəstəkləməliyik? Biz, ABŞ-ın vergiödəyiciləri kimi Ermənistana  qarşı ciddi sanksiyaların tətbiq olunması üçün hələ nə qədər dözməliyik?”.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin çağırışına qoşulmaq və həmin çağırışı dəstəkləmək üçün  http://advocacy.usazeris.org/AZERI/campaigns/32925/respond internet resursuna müraciət edə bilərsiniz.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında