SAM-ın direktoru: Ermənistanda hər hansı dözümlülükdən söhbət gedə bilməz

 

 “Erməni tərəfinin Moldova ombudsmanı Aureliya Qriqoriunun çıxışına reaksiyası bir daha göstərdi ki, erməni cəmiyyətində hər hansı dözümlülükdən söhbət gedə bilməz”.

APA -nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov demişdir. O qeyd etmişdir ki, Azərbaycan son vaxtlar Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün fəaliyyətini gücləndirmiş və bir neçə dövlət parlament səviyyəsində bu hadisəni soyqırımı kimi tanımışdır.

F. Məmmədov ümid etdiyini bildirmişdir ki, Moldova ombudsmanından sonra beynəlxalq ictimaiyyətin və hüquq-müdafiə təşkilatlarının digər nümayəndələri də bu məsələyə öz prinsipial münasibətlərini ifadə edəcəklər: “Azərbaycan bu istiqamətdə işini gücləndirməlidir, çünki bu iş artıq səmərə verir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında