Milli Məclis sədrinin müavini ABŞ Milli Demokratiya İnstitutunun nümayəndəsi ilə görüşmüşdür

İyulun 21-də Milli Məclis sədrinin müavini Bahar Muradova ABŞ Milli Demokratiya İnstitutunun Avrasiya üzrə direktoru Laura Cuitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan-ABŞ münasibətlərini yüksək qiymətləndirən Milli Məclis sədrinin müavini Bahar Muradova ölkələrimiz arasındakı əlaqələri genişləndirmək üçün daha yaxşı imkanların olduğunu qeyd etmişdir. Belə səfərlərin, aparılan müzakirələrin xüsusi əhəmiyyətini vurğulayan sədr müavini Milli Demokratiya İnstitutu ilə əməkdaşlıqdan da razılığını bildirmişdir.
Səmimi görüşə görə təşəkkürünü bildirən Laura Cuit son 15 ildə Azərbaycanda baş verən müsbət dəyişiklikləri müşahidə etməyin olduqca xoş olduğunu vurğulamışdır.
Azərbaycana səfərinin məqsədindən danışan qonaq bildirmişdir ki, ölkəmizdə olduqları müddətdə müvafiq dövlət strukturları, qeyri-hökumət təşkilatları və siyasi qurumlarla müxtəlif görüşlər keçirəcək, institut tərəfindən hazırlanan və 2010-cu ildə reallaşdırılması nəzərdə tutulan proqramlara dair fikir mübadiləsi aparacaqlar.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında