Əli ƏHMƏDOV: Minsk qrupunun həmsədrləri moldovalı ombudsmandan nümunə götürməlidir

 

“Dağlıq Qarabağ münaqişəsinin ədalətli beynəlxalq rezonansı artıq Ermənistanın sərhədlərini yararaq İrəvanda səslənir. Moldovalı ombudsman Aureliya Qriqoriu İrəvanda Ermənistanı işğalçı adlandırmasını mən ilk növbədə belə şərh edərdim.

Həqiqətən xanım Aureliya Qriqoriu çox cəsarətli hərəkət edib. Hər şeyi öz adı ilə səsləndirib. Həm də bunu Ermənistanın paytaxtında edib. Mən xanım A.Qriqoriunun cəsarətli hərəkətini hər şeydən əvvəl onun mənəvi qələbəsi sayıram. Bu, cəsarət və ədalətin təntənəsidir. Digər tərəfdən, moldovalı ombudsmanın cəsarətli addımı bir çox beynəlxalq təşkilatların nümayəndələrinə, üçüncü dövlətlərin siyasətçilərinə xas olan Bakıda azərbaycanlıların, İrəvanda ermənilərin xoşuna gələn bəyanatlar səsləndirmək vərdişinə ölümcül zərbə vurub. Bu zərərli, münaqişənin həllini çətinə salan praktikadan nəhayət ki, əl çəkilməlidir”.

 Bu fikirləri Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov yap.org.az saytına bildirmişdir.

Əli Əhmədov qeyd etmişdir ki, xanım A.Qriqoriudan ilk növbədə Minsk qrupunun həmsədrləri, ATƏT təmsilçiləri, beynəlxalq qurumların nümayəndələri nümunə götürməlidirlər: “Azərbaycan torpaqlarının işğalını və Ermənistanın işğalçı olduğunu etiraf etmədən münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. 20 illik eksperimentin bir acı nəticəsi də budur. Hörmətli xanım A.Qriqoriu cəsarətli addımını atdı. Növbə Minsk qrupu həmsədrlərinindir”.

Əli Əhmədov təəssüflə bildirmişdir ki, ermənilər xanım Qriqoriunun cəsarətli hərəkətini öz ənənələrinə uyğun olaraq şantajla qarşılamışlar.  İrəvanda ona təzyiqlər edilməsi, böhtanlar atılması ermənilərin davranış məntiqinin səciyyəvi təzahürüdür.

YAP-ın sədr müavini qeyd etmişdir ki, Azərbaycan ictimaiyyəti, diaspor təşkilatları xanım Qriqoriunu erməni tərəfinin həyasız təzyiqlərindən, şantaj və böhtanlarından qorumalı, ona mənəvi dəstək olmalıdır: “Yeni Azərbaycan Partiyasının gəncləri xanım Aureliya Qriqoriuya dəstək aksiyasına başlamışlar. Mən bunu alqışlayıram və hesab edirəm ki, təşəbbüs genişlənəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında