Əli HƏSƏNOV: Hakimiyyətin prezident seçkisi ilə bağlı heç bir məxfi və xüsusi planı yoxdur

 

Bu, indidən seçkiyə qeyri-demokratik damğası vuraraq

ona qara yaxmaq cəhdindən başqa bir şey deyil

Prezident Administrasiyası hakimiyyətin 2013-cü ilin prezident seçkisi ilə bağlı xüsusi plan hazırladığını təkzib etmişdir.

Administrasiyanın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov iyulun 8-də “Media forum” saytına demişdir ki, hakimiyyətin seçki ilə bağlı heç bir məxfi və xüsusi planı yoxdur: “Bununla bağlı deyilənlərin hamısı uydurma və təxribatdır. Açıq formada deyirəm ki, bunların hamısı “Azadlıq” qəzetinin fantaziyasından, prezident seçkisini ləkələmək, indidən seçkiyə qeyri-demokratik damğası vuraraq ona qara yaxmaq cəhdindən başqa bir şey deyil.

Prezident seçkisi ilə bağlı hələlik heç bir plan mövcud deyil. Biz hələlik hər hansı plan elan etməmişik. Mərkəzi Seçki Komissiyası prezident seçkisi haqda müvafiq qərar verməyib. Ona görə də iqtidarın seçki ilə bağlı fəaliyyəti mövcud deyil. Yeganə fəaliyyət hakim Yeni Azərbaycan Partiyasının öz namizədini irəli sürməsi, bununla bağlı qərarın qəbul edilməsidir”.

Əli Həsənov bildirmişdir ki, hakimiyyətin gələcəkdə seçki planı mütləq olacaq və həyata keçiriləcək: “Bizim seçki proqramı və planı qanunlar əsasında, demokratik seçkilərin normaları çərçivəsində və Avropa Şurasının, ATƏT-in müəyyənləşdirdiyi standartlar əsasında həyata keçiriləcək”.

Qeyd edək ki, “Azadlıq” qəzeti iyulun 7-də “2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkisinə hazırlıqla bağlı məntəqələrə təhkim olunmuş məsul şəxslər üçün seçki ərazisinin vəziyyətinin öyrənilməsi üzrə yaddaş” adlı uydurma sənəddən çıxarışlar yaymışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında