Tacikistan Prezidenti Azərbaycanın fövqəladə hallar naziri ilə görüşmüşdür

 

Tacikistan Prezidenti Emoməli Rəhmon bu ölkədə işgüzar səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ilə görüşmüşdür. 

Tacikistan Prezidentinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə ölkələrimiz arasında əlaqələrin indiki vəziyyəti və inkişaf perspektivləri haqqında geniş fikir mübadiləsi aparılmışdır. Həmçinin Azərbaycan-Tacikistan Hökumətlərarası Əməkdaşlıq Komissiyasının işinin gücləndirilməsinin vacibliyinə toxunulmuşdur.

Bundan başqa, görüşdə fövqəladə hallar sahəsində əlaqələrin yaradılması və inkişafı, fövqəladə halların və texnogen qəzaların aradan qaldırılması istiqamətində təcrübə mübadiləsinin aparılması, xilasetmə xidmətlərinin işinin təkmilləşdirilməsi, təbii fəlakətlər zamanı texniki və digər yardımların göstərilməsi, həmçinin bu sahədə yüksək səviyyəli peşəkar kadrların hazırlanması ilə bağlı müzakirələr aparılmışdır. 

Görüşdə Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov iştirak etmişdir.

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Düşənbə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında