Avstriyanın nüfuzlu “Society” jurnalında Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinə, Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması və “Fly to Baku” sərgisinin keçirilməsinə dair geniş məqalələr dərc olunmuşdur

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Avstriyadakı nümayəndəliyinin təşəbbüsü, birbaşa maliyyə və təşkilati dəstəyi ilə Avstriyada çox ciddi və geniş auditoriyaya malik olan, tanınmış “Society” jurnalının bu günlərdə işıq üzü görmüş buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriya Respublikasına ilk rəsmi səfəri, habelə Heydər Əliyev Fondu və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Vyanada keçirilmiş “Fly to Baku” sərgisi və digər tədbirlər haqqında geniş reportaj və fotoqalereya əksini tapmışdır.

Jurnalın əsas hissəsini əhatə edən məqalələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il mayın 12-dək 14-dək Avstriyaya səfəri zamanı Avstriyanın federal Prezidenti Haynts Fişer, federal kansler Verner Faymann və digər dövlət rəsmiləri ilə, Vyanada fəaliyyət göstərən beynəlxalq təşkilatların başçıları, həmçinin Avstriyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşləri, bu ölkənin İqtisadiyyat Palatasında keçirilmiş Azərbaycan-Avstriya biznes forumu, Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı və digər mühüm tədbirlər barədə məlumatlar yer almışdır.

ARDNŞ-in Avstriyadakı nümayəndəliyi və AzərTAc-ın Avstriyadakı xüsusi müxbiri tərəfindən hazırlanmış məqalədə aparılan danışıqların əsas mahiyyəti barədə fikirlərə, bu səfərin ikitərəfli münasibətlərin gələcək inkişafına göstərəcəyi müsbət təsirə geniş yer verilmişdir.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova ilə müsahibə əsasında hazırlanmış “Azərbaycan mədəniyyəti Avropanın mərkəzində” sərlövhəli məqalədə Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrin tarixinə nəzər salınmış, yeni yaradılmış Mədəniyyət Mərkəzinin gələcəkdə bu əlaqələrin daha da dərinləşməsinə, həmçinin Azərbaycan mədəniyyətinin Avropanın musiqi və mədəniyyət paytaxtı sayılan Vyanada geniş təbliğinə böyük töhfə verəcəyinə əminlik ifadə olunmuşdur.

Bundan əlavə, Heydər Əliyev Fondunun və Fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Vyanadakı möhtəşəm imperator sarayı - Hofburqda mayın 14-dən 26-dək keçirilmiş Azərbaycanın müasir incəsənətinin bir çox eksponatları ilə zəngin olan sərginin təntənəli açılış mərasimindən reportaj, Leyla Əliyevanın çıxışından çox gözəl iqtibaslar yerləşdirilmiş, sərginin tarixi və məqsədləri haqqında məlumat verilmiş, Azərbaycanın gənc istedadlarının adları sadalanmışdır. Həmin reportajda həm sərginin açılış mərasimini, həm orada keçirilən qəbulu, həm də açılışdan sonra ayrıca yüksək səviyyəli qonaqlar üçün təşkil olunmuş xüsusi “Fly to Baku” VİP qala şam ziyafətini əks etdirən fotoqalereya dərc edilmişdir.

Bütün məqalələrdə ARDNŞ-in Avstriyadakı nümayəndəliyi tərəfindən təqdim edilmiş, səfərin və həmin ərəfədə keçirilmiş bütün tədbirlərin təfərrüatlarının əksini tapdığı çoxlu sayda fotolar dərc olunmuşdur.

Ümumiyyətlə, tam cəsarətlə demək olar ki, cari ilin may ayında Azərbaycan Prezidenti İlham Əliyevin Avstriyaya çoxdan gözlənilən rəsmi səfəri, konsertlərin, habelə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş K-1 üzrə beynəlxalq kikboks turnirinin keçirilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Fly to Baku” müasir incəsənət sərgisinin yüksək səviyyədə təşkili, bir sıra digər mühüm tədbirlərin təşkil olunması - bütün bu tədbirlərin doğurduğu çox ciddi müsbət rezonans nəticəsində Vyanada may ayı yaddaşlarda rəmzi olaraq Azərbaycan adı ilə qalacaqdır.

Hazırkı “Society” jurnalı 1945-ci ildə Avstriyanın Federal Kansleri Karl Rennerin təşəbbüsü ilə təsis edilmiş “BMT jurnalı” və 1992-ci ildə Q.Tauxhammerin əsasını qoyduğu “Society” jurnalının birləşməsi nəticəsində yaranmışdır. İldə dörd dəfə nəşr olunan jurnalın hər buraxılışının tirajı 40 min nüsxədən ibarətdir.

Əsasən ictimai-siyasi, iqtisadiyyat və mədəniyyət mövzularında materialların dərc olunduğu jurnal iki dildə (alman və ingilis) çıxır. Avstriyanın dövlət və hökumət dairələri, bu ölkədəki beynəlxalq təşkilatlar və diplomatik korpus jurnalın əsas abunəçiləri sırasındadır.

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında