Almaniyalı deputat: Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addımı Ermənistan atmalıdır

 

 

Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum 4 qətnaməni dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Almaniya Xristian Demokratik İttifaqının parlamentdəki deputatı, Xarici İşlər Komitəsinin üzvü Hartviq Fişer Avropa Azərbaycan Cəmyyətinin (AAC) Dağlıq Qarabağ münaqişəsinə dair sorğusunu cavablandırarkən bildirmişdir. Məlumatı Avropa Azərbaycan Cəmyyəti yaymışdır.

Fişer bildirmişdir ki, Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı dəfələrlə BMT Təhlükəsizlik Şurası tərəfindən bəyan edilmişdir və bu beynəlxalq hüququn pozulması deməkdir: “Qondarma ”Dağlıq Qarabağ Respublikası"nın elan olunması faktı da heç zaman beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmamışdır. Hər bir dövlətin öz ərazi bütövlüyünü bərpa etmək hüququ var. Azərbaycan torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Həmin ərazilərdən zorla çıxarılmış və ya silahlı qarşıdurma zamanı o əraziləri tərk etmək məcburiyyətində qalmış insanların öz evlərinə qayıtmaq hüququ vardır”.

Fişer vurğulamışdır ki, Azərbaycan ilə Ermənistan arasındakı münaqişənin həllinə regional kontekstdə baxmaq lazımdır: “Əgər bu ölkələr arasında atəşkəs həqiqi sülhə çevrilmirsə, deməli, bütünlüklə Cənubi Qafqazın təhlükəsizliyi və stabilliyi təhlükə altındadır. Ən əsas prioritet isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsidir. Buna görə də ilk addımı Ermənistan atmalı və silahlı qüvvələrini işğal olunmuş ərazilərdən geri çəkməlidir”.

O qeyd etmişdir ki, Almaniya münaqişə tərəflərini danışıqlar masası arxasında dialoqu davam etdirməyə bir daha dəvət edəcək.

Fişerin sözlərinə görə, son zamanlar Ermənistanın Xocalı aeroportunu açmağa cəhd göstərməsi vəziyyəti daha da gərginləşdirmişdir: “Ermənistan AŞPA tərəfindən haqlı olaraq pislənilən və sülh prosesinə təhlükə hesab olunan bu hərəkətləri ilə özünün Dağlıq Qarabağa olan iddialarını pərdələməyə çalışır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında