Azərbaycan Gənc Diplomatlar Birliyi bu il keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanat qəbul etmişdir

 

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Gənc Diplomatlar Birliyi (AGDB) dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 10-cu ildönümünə həsr olunmuş “Azərbaycan diplomatiyası yeni inkişaf mərhələsində” mövzusunda konfrans keçirmişdir.

AGDB-dən AzərTAc-a bildirmişlər ki, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, Misirdəki Azərbaycan diasporunun və xarici ölkələrin respublikamızdakı səfirliklərinin nümayəndələri, Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının İstanbul təmsilçiləri və ictimai təşkilatların rəhbərləri iştirak etmişlər.

Konfransı açan AGDB-nin baş katibi Eltun İbrahimov bildirmişdir ki, Prezident İlham Əliyevin son 10 ildə həyata keçirdiyi uğurlu siyasət ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət xəttinin, sadəcə, davamı deyildir. Bu, həmçinin dəyişən dünyanın geosiyasi reallıqlarını müvafiq şəkildə davam etdirən siyasi kursdur.

Azərbaycanın uğurlu xarici siyasətindən danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə diqqətə çatdırmışdır ki, ölkəmizin  diplomatik uğurları respublikamızı təkcə regionun deyil, artıq  dünyanın nüfuzlu dövlətlərindən birinə çevirmişdir.

Deputat Musa Qasımlı vurğulamışdır ki, bu gün Azərbaycan heç bir ölkənin arxası ilə gedən siyasət həyata keçirmir. Prezident İlham Əliyev azərbaycanpərəst siyasət yürüdür.

Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Azərbaycan Respublikası Prezident Administrasiyasının və digər qurumların rəsmiləri çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin növbəti beş illiyə prezident seçilməsinin labüd olduğunu vurğulamışlar.

Sonda qarşıdan gələn prezident seçkilərində birmənalı olaraq dövlətimizin başçısı İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul olunmuşdur.

Bəyanatda deyilir: “Bu gün güclü iqtisadiyyata, siyasi sabitliyə, böyük hərbi potensiala və demokratik inkişaf xəttinə malik dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi altında qarşısında qoyduğu istənilən vəzifənin öhdəsindən uğurla gəlir. Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Azərbaycan hansısa beynəlxalq maliyyə institutlarından və ya siyasi mərkəzlərindən asılı olmayan regional lider dövlət səviyyəsinə yüksəlmişdir. Ölkəmizin iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80 faizdən çoxunu təşkil edir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında