İsveçrə Konfederasiyası Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır

 

Azərbaycanda səfərdə olan İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini iyulun 1-də Milli Məclisin sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Qonaq əvvəlcə Milli Məclisin inzibati binası ilə tanış olmuş, deputatlar üçün yaradılmış şəraiti, burada İKT-nin tətbiqini yüksək qiymətləndirmişdir.

Sonra görüş olmuşdur.

Oqtay Əsədov İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədrinin Azərbaycana ilk səfərini yüksək qiymətləndirmiş və bu səfərin ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafına təkan verəcəyini bildirmişdir.

Azərbaycan ilə İsveçrə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri münasibətlərimizin  inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmiş, yüksək səviyyəli səfərlər zamanı əməkdaşlığımızın möhkəmlənməsi üçün yaxşı hüquqi baza yarandığını söyləmişdir. Bildirilmişdir ki, indiyədək ölkələrimiz arasında 26 sənəd imzalanmışdır və daha 6 sənəd imzalanma ərəfəsindədir.

İqtisadi sahədə qarşılıqlı əməkdaşlıqdan danışan O.Əsədov İsveçrə şirkətlərinin Cənubi Qafqazda lider ölkə olan Azərbaycana böyük maraq göstərdiklərini məmnunluqla qeyd etmişdir. Bildirilmişdir ki, qlobal maliyyə böhranına baxmayaraq, İsveçrə şirkətləri Azərbaycan iqtisadiyyatına inamla sərmayə qoymuşlar. Bu gün 70-ə yaxın İsveçrə şirkəti ölkəmizdə fəaliyyət göstərir.

Oqtay Əsədov münasibətlərimizin hərtərəfli inkişafında parlamentlərin rolunu qeyd etmiş, dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin, qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin vacibliyini vurğulamışdır.

Sonra Milli Məclisin sədri Azərbaycanın inkişafına maneə və regionun, eləcə də Avropanın təhlükəsizliyinə ciddi təhdid yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan özü təcavüzə məruz qalsa da, bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdardır.

 O.Əsədov problemin nizamlanması məsələsinə beynəlxalq ictimaiyyətin diqqətinin artırılmasının vacibliyini vurğulamışdır.

İsveçrə konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini Azərbaycana səfərindən məmnun qaldığını bildirmişdir. O demişdir ki, Cənubi Qafqazın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. İsveçrə Konfederasiyası bu cür inkişaf etmiş ölkə ilə əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Biz əlimizdən gələni edəcəyik ki, ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlsin.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxunan qonaq demişdir: “Biz bu məsələnin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdarıq.  Bu məsələdə Azərbaycanı dəstəkləməyə hazırıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında