Azərbaycan səfiri Tacikistan Televiziya və Radio Yayımları Komitəsinin sədri ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Tacikistandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov Tacikistan Respublikası Hökuməti yanında Televiziya və Radio Yayımları Komitəsinin sədri Asadullo Rahmonovla görüşərək iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

Səfir A.Həsənov komitə sədrinə Azərbaycanda analoji qurum olan Milli Televiziya və Radio Şurasının 2005-ci ildə Prezidentin sərəncamı əsasında yaradıldığını bildirdi. Qurum haqqında məlumat verərək qeyd etdi ki, Milli Televiziya və Radio Şurası qeyri-hökumət təşkilatıdır və Avropa təcrübəsi əsasında yaradılmışdır.

Səfir iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yaradılmasının, sazişlər imzalanmasının, qarşılıqlı verilişlərin, filmlərin yayımlanmasının, müxbirlər tərəfindən televiziya materiallarının hazırlanmasının, onların qarşıllıqlı səfərlərinin təşkil olunmasının, Azərbaycan və Tacikistanın özəl televiziya kanalları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini vurğuladı.

Azərbaycanın səfiri 2012-ci ilin 28 aprel tarixində səfirliyin təşəbbüsü və dəstəyi ilə Tacikistanın dövlət televiziyası olan “Cahannoma” və Azərbaycanın “İctimai” televiziya kanalının birgə hazırladığı “Düşənbə-Bakı” telekörpü layihəsinin nümayişinin uğurla həyata keçirildiyini, bu ilin may ayında Azərbaycan incəsənət ustalarının iştirakı ilə Xocənd, Kurqan-Tube, Düşənbə şəhərlərində 10-a yaxın konsertin təşkil olunduğunu, Şərqin ilk operası olan “Leyli və Məcnun” operasının Azərbaycan dilində Düşənbədə S.Ayni adına Opera və Balet Teatrında xarici ölkələrin mədəniyyət xadimlərinin iştirakı ilə səhnəyə qoyulduğunu xatırlatdı. Bildirdi ki, 17 iyun 2013-cü ildə Azərbaycanın “Lider” telekanalı “Leyli və Məcnun” operasının Düşənbədə səhnəyə qoyulması ilə bağlı veriliş hazırlayaraq göstərmişdir. A.Həsənov gələcəkdə də belə mədəni tədbirlərin davam etdiriləcəyinə əmin olduğunu bildirdi.

Komitə sədri Tacikistan Prezidentinin Azərbaycana səfəri zamanı Azərbaycanda olarkən prezidentlər və xalqlarımız arasında səmimi dostluq münasibətlərinin şahidi olduğunu qeyd etdi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında