Mübariz QURBANLI: Hərbi parad göstərdi ki, Azərbaycanın güclü ordusu var

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən hərbi parad bir daha Azərbaycan Ordusunun Cənubi Qafqaz bölgəsində ən müasir, ən aparıcı və texniki baxımdan yüksək səviyyədə təmin olunmuş bir ordu olduğunu göstərdi. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı açıqlama vermişdir.

Paradın yüksək səviyyədə təşkil olunduğunu qeyd edən M.Qurbanlı bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin parad zamanı çıxışı və orada söylədiyi fikirlər çox önəmlidir:

“Orada bir neçə istiqamətdə fikirlər səsləndirlidi. Ən birincisi, Azərbaycanın sosial-iqtisadi inkişafının bütövlükdə mövqelərimizin möhkəmlənməsinə göstərdiyi təsir, Azərbaycanın Ermənistan üzərində üstünlüyünü özündə ehtiva edən müxtəlif məsələlər, o cümlədən, iqtisadi tərəqqi və onun nəticəsi kimi ordunun yüksək səviyyədə təmin olunması və bunun da işğal olunmuş ərazilərimizin azad edilməsində həlledici rol oynamasıdır. Prezidentimizin çıxışında, həmçinin orduya göstərilən diqqət və qayğı, bizim siyasətimizdə ordu quruculuğunun aparıcı rol oynaması, indiki şəraitdə ordunun Azərbaycan kimi müharibə şəraitində olan bir ölkə üçün zəruriliyi qeyd edildi”.

M. Qurbanlı vurğulamışdır ki, parad zamanı nümayiş etdirilən hərbi texnika, əsgərlərin hazırlığı, Hərbi Hava Qüvvələrinin yüksək səviyyədə göstərdiyi məharət və bacarıq hamını çox sevindirdi:

“Orada olan insanlar bundan böyük qürur hissi keçirdilər. Bu parad bir daha orduya göstərilən diqqət və qayğını əks etdirdi. Həmçinin, həm Azərbaycan əhalisinə göstərdi ki, ölkəmizdə güclü ordu var, həm də bizi istəməyən qüvvələrə Azərbaycanın belə güclü orduya malik olmasını nümayiş etdirdi. Bu, çox böyük siyasi və təbliğati əhəmiyyət kəsb edən hadisədir”.

Qeyd edək ki, bu paradda bütün qoşun növlərinin, birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərədək şəxsi heyəti, 300-ə yaxın hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarə və vertolyotu, 40-a qədər gəmi iştirak etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında