Azərbaycan XİN: Regionun təhlükəsizliyinin təhdid altında olmasının günahkarı Ermənistandır

 

Elman ABDULLAYEV: “Onlar öz işğalçılıq siyasəti üzərində ciddi düşünməlidir”

“Bu gün bölgədəki gərginliyin və regionun təhlükəsizliyinin təhdid altında olmasının günahkarı Ermənistandır. Bu ölkə öz işğalçılıq siyasəti üzərində ciddi düşünməlidir”. Bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın AŞPA sessiyasındakı çıxışına münasibət bildirərkən demişdir. O, təəssüflə vurğulayıb ki, E. Nalbandyan hər zaman olduğu kimi, insanları aldatmağa çalışır: “Nalbandyanın çıxışları mənə bir mətni əzbərləyən və hər fürsətdə onu təkrarlayan şagirdi xatırladır”.

E.Abdullayevin sözlərinə görə, E.Nalbandyanın avropalı parlamentarlar qarşısında səsləndirdiyi təkliflər, xüsusən qarşılıqlı etimadı artıran tədbirlərin gücləndirilməsi elə Ermənistan hakimiyyətinin özü tərəfindən rədd edilmişdir və edilir:

“Güc tətbiq etməmək məsələsinə gəlincə, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edərək yerli əhalini qanlı etnik təmizləməyə məruz qoymaqla artıq güc tətbiq etmişdir. Bəli, bu gün Azərbaycan bölgənin yüksək səviyyədə təchiz olunmuş və təlim görmüş ən güclü ordusuna sahibdir. 20 faiz ərazisi işğal olunmuş, 1 milyon qaçqın və məcburi köçkünü olan ölkənin dövlətçiliyin güclü institutu və xalqın təhlükəsizliyinin təminatı kimi, təbii ki, güclü ordusu olmalıdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında