Jordi Çukla: “AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütləq ayrıca müzakirələr keçirməliyik”

 

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyəti dondurulmuş Alt Komitəsinin sədri, ispaniyalı parlamentar Jordi Çukla assambleyanın yay sessiyasının plenar iclasında qurumun Bürosu və Daimi Komitəsinin fəaliyyətinin nəticələrinə dair müzakirələrdə çıxış etmişdir.

APA-nın Avropa bürosunun məlumatına görə, o, AŞPA-da Dağlıq Qarabağ məsələsi ilə bağlı ayrıca müzakirələrin keçirilməsinin vacibliyini vurğulamışdır: “Biz İrəvanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr keçirdik. Avropa Şurası daxilində üç dondurulmuş münaqişə mövcuddur. AŞPA da Dağlıq Qarabağla bağlı fəaliyyəti dondurulmuş Alt Komitə var. Hesab edirəm ki, biz tez bir zamanda AŞPA-da və onun Monitorinq Komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mütləq ayrıca müzakirələr keçirməliyik”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında