Siyavuş Novruzov: Oktyabrdan sonra Azərbaycanda Milli Şura adlı qurum olmayacaq

 

 “Vaxtilə İctimai Palata da özünün yol xəritəsini hazırlamışdı, bölgü aparırdılar, təyinat verirdilər, amma heç bir nəticəsi olmadı. Bunların hamısı boş və mənasız şeylərdir”.

Bu barədə Trend-ə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Şuranın “kölgə kabineti”nin yaradılması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən demişdir:

“Bütün bunlar özlərinə təskinlik verməkdən başqa bir şey deyil. Çünki Azərbaycanda seçki ilidir, seçkiyə hazırlaşmaq lazımdır. Görünür, bunların heç bir sosial bazası yoxdur, özləri özlərini aldatmaqla məşğul olurlar. Öz aralarında o deyir, mən komissiya sədri olum, bu deyir, mən nə olum. Hələlik vəzifə bölgüsü aparırlar. Qoy etsinlər, bunların hamısı təxminən oktyabrın 20-nə qədərdir. Ondan sonra Milli Şura adlı qurum, ümumiyyətlə, Azərbaycanda olmayacaq”.

S. Novruzov qeyd etmişdir ki, hətta ona qədər Milli Şurada parçalanmalar olacaq, çünki ora yığışan insanların hamısı iddialı insanlardır və bir çoxları öz partiyasını qoyub, bir kənara gedib hardasa birliklərə qoşulmaqla məşğuldurlar: “Çünki öz partiyalarında onlara inam qalmayıb. Bu yaxınlarda İsa Qəmbər haqqında Arif Hacılı özü bir müsahibə verdi və qeyd etdi ki, əgər İsa Qəmbər Müsavatın namizədi olmayacaqsa, Müsavatdan başqa adam namizədliyini verəcək. Yəni İsa Qəmbəri Müsavatda dəstəkləmirlər, ona görə də istəyir ki, Milli Şuradan öz namizədliyini irəli sürsün”.

Millət vəkili vurğulamışdır ki, digər partiyalarda da vəziyyət belədir: “Yəni əgər siyasi partiya varsa, cəmiyyətdə yer tutubsa, niyə başqa-başqa adlar altında öz namizədliklərini irəli sürmək istəyirlər? Bu, o deməkdir ki, nə o partiyanın, nə də onun rəhbərinin Azərbaycan cəmiyyətində heç bir nüfuzu yoxdur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında