Yu Ki Cun: Azərbaycan dövlətinin başçısı İlham Əliyevin növbəti müddət üçün də prezident seçilməsi ölkənizin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaqdır

 

İyunun 24-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov ölkəmizdə səfərdə olan Koreya Respublikasının hakim “Senuri” Partiyasının və Milli Assambleyasının üzvü, Məhkəmə Sistemində İslahat üzrə Xüsusi Komitəsinin sədri Yu Ki Cunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Əli Əhmədov səfərin iki partiya arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük töhfə verəcəyini qeyd etmişdir.

Partiyalar arasında anlaşma memorandumunun imzalandığını deyən Əli Əhmədov bildirmişdir ki, bu sənəd çərçivəsində ikitərəfli əməkdaşlıq davam etməkdədir. Bu əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərə töhfəsini verir. Azərbaycan ilə Koreya Respublikası arasındakı dostluq əlaqələri partiyalararası münasibətlərin daha da möhkəmlənməsinə zəmin yaradır.

İki partiya arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirən Yu Ki Cun təmsil etdiyi partiyanın rəhbərliyinin bu əməkdaşlıqdan məmnun olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, üç il əvvəl iki partiya arasında imzalanmış memorandum ölkələrarası münasibətlərin inkişafında əhəmiyyətli rol oynamışdır.

Ölkələrimizin hakim partiyaları arasında münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyindən danışan Yu Ki Cun diqqətə çatdırmışdır ki, təmsil etdiyi partiya YAP-ın V qurultayında Azərbaycan dövlətinin başçısı İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürülməsini səmimi qarşılamışdır. Vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin növbəti müddət üçün də  prezident seçilməsi bu ölkənin yeni inkişaf mərhələsinə qədəm qoymasına zəmin yaradacaqdır.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında