Azərbaycan Koreya Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

 

İyunun 24-də Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim “Saenuri” Partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları salamlayan O.Əsədov Yeni Azərbaycan Partiyasının dəvəti ilə Bakıya gələn nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, iki ölkənin iqtidar partiyaları arasında bu münasibət dövlətlərarası əlaqələrin də dərinləşməsinə öz müsbət təsirini göstərir.

Azərbaycanın Koreya Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyini bildirən Milli Məclisin sədri qeyd etmişdir ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar ikitərəfli münasibətlərin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır.

Vurğulanmışdır ki, bu günədək iki ölkə arasında 46 sənəd imzalanmışdır. Hazırda 12 sənəd üzərində isə iş aparılır.

Qarşılıqlı əməkdaşlığın inkişafında parlamentlərin rolunu xüsusi diqqətə çatdıran O.Əsədov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycanda Koreyanın “Samsung”, “LG”, “Hyundai” kimi şirkətlərinin səmərəli fəaliyyət göstərir və Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yeri olan Azərbaycan Koreya Respublikası  ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Milli Məclisin sədri Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü qonaqların diqqətinə çatdıraraq əldə edilmiş nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi probleminin olduğunu qeyd etmişdir. Problemin həlli ilə ATƏT-in Minsk qrupunun məşğul olduğunu deyən O.Əsədov indiyədək real nəticə əldə edilmədiyini və Azərbaycanın problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulamışdır.

Səmimi görüş üçün minnətdarlığını bildirən Koreya nümayəndə heyətinin rəhbəri Yu Ki Cun Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən razı qaldıqlarını ifadə etmişdir.

Qonaq Milli Məclis sədrinin 2007-ci ildə Koreyaya səfərini xatırlayaraq parlament nümayəndə heyətlərinin bu cür görüşlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğulamışdır. O, ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu demişdir.

Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açan qonaq gübrə zavodu, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndirmişdir.

Qarşılıqlı fikir mübadiləsi zamanı Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun  ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləmişdir.

 Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn iştirak etmişdir.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında