Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaranmasının 20 illik yubileyini qeyd etmək üçün bu il avqust ayının 15-16-da Bakıda TÜRKSOY-un dövlət başçılarının zirvə görüşü keçiriləcək.

Bu barədə “Trend”ə açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov bildirmişdir.

Onun sözlərinə görə, zirvə toplantısı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşəbbüsü ilə keçiriləcək. Zirvə toplantısı çərçivəsində bayram şənlikləri təşkil ediləcək.

Baş katib qeyd etmişdir ki, TÜRKSOY-un yubileyini qeyd etmək məqsədilə Türk Dövlətləri Günü – oktyabrın 3-də Ankarada da bayram tədbirləri təşkil ediləcək.

Bundan əlavə, yubiley tədbirləri çərçivəsində TÜRKSOY-un xətti ilə sentyabrın 17-də Fransada UNESCO mərkəzində Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının

100 illiyi qeyd ediləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında