Almaniyalı tədqiqatçı: Beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın açıq-aşkar haqlı mövqeyi və üstünlüyü görünür

 

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Almaniyanın Sülh Araşdırmaları İnstitunun Araşdırmalar Departamentinin rəhbəri Hans-Joachim Spanger ilə icmanın rəhbəri Bayram Səfərov, Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov və icma əməkdaşları arasında görüş keçirilmişdir.

İcmadan Trend-ə verilən məlumata görə Bayram Səfərov ilk öncə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hazırkı durumu haqqında geniş məlumat vermişdir.

İcma rəhbəri münaqişənin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən bir sıra beynəlxalq qurumların ikili standartlara yol verdiyini və münaqişənin həllində qətiyyətli mövqe göstərmədiklərini qonağın diqqətinə çatdıraraq vurğulamışdır ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna bilər.

Almaniyalı tədqiqatçı isə öz növbəsində bildirmişdir ki, beynəlxalq hüquq baxımından bu münaqişənin həllində Azərbaycanı açıq şəkildə dəstəkləyir: “Bir sıra ölkələrdə olan erməni diasporu və lobbisi münaqişənin həlli prosesinə çətinliklər yaratsa da son dövrlərdə Azərbaycan tərəfinin diplomatik fəaliyyəti nəticəsində beynəlxalq ictimaiyyət qarşısında Azərbaycanın açıq-aşkar haqlı mövqeyi və üstünlüyü görsənir. Biz bilirik ki, Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı var, amma dünya ictimaiyyəti yenidən müharibənin başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həll olunmasında bütün imkanlarından istifadə etməlidir”.

Sonra icma rəhbəri Bayram Səfərov qeyd etmişdir ki, Azərbaycan xalqı münaqişənin həllində Prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir, lakin hər an ali baş komandanın əmri ilə öz doğma torpaqlarımızı düşməndən azad etməyə hazırıq: “Cənab Prezindentin də qeyd etdiyi kimi, Azərbaycan Dağlıq Qarabağa və Qarabağda yaşayan ermənilərə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək statusun verilməsinə hazırdır və biz də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunub, orada olan ermənilərlə Azərbaycan vətəndaşı kimi birgə yaşamağa hazırıq”.

Daha sonra görüş tərəfləri maraqlandıran müzakirələrlə davam etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında