Ermənistan dövlətinin siyasəti beynəlxalq terrorizm və narkoticarət üzərində qurulmuşdur

 

Ermənistan dövlətinin siyasəti iki əsas sütun - beynəlxalq terrorizm və narkoticarət üzərində qurulmuşdur.

Bu sözləri “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (İB) sədri Elməddin Behbud AzərTAc-a müsahibəsində demişdir.

Bildirmişdir ki, XXI əsr elmi-texniki nailiyyətlərin zirvə mərhələsi olmaqla yanaşı, bir sıra zərərli və mühüm təhlükəli halların aşkar təzahür zamanıdır. Heç şübhəsiz ki, belə zərərli meyllərin ön sırasında  beynəlxalq terrorizm və onu qidalandıran mənbələr gəlir. Bu gün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beynəlxalq şəbəkəyə qarşı mübarizə sivil dünya dövlətlərinin qarşısında duran ən prioritet məsələlərdən sayılır.

Müxtəlif qeyri-hökumət təşkilatlarının hesablamalarına görə, hazırda dünyada təxminən 200 milyondan çox insanın  “ağ ölüm”ün istifadəçisinə çevrilməsi, beynəlxalq narkobiznesin illik gəlirinin 400 milyard dolları keçməsi sözügedən məsələnin nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsinin göstəricilərindəndir.

E.Behbud təəssüflə qeyd etmişdir ki, bu gün müəyyən dövlətlər də beynəlxalq terrorizmin himayəçisi funksiyasını yerinə yetirməklə bütün dünya, o cümlədən yerləşdikləri region ölkələri üçün açıq təhlükə mənbəyinə çevrilirlər. Mühüm geosiyasi və geoiqtisadi maraqların kəsişdiyi regionda yerləşən, müstəqilliyini bərpa etməsindən cəmi 22 il ötən Azərbaycan 25 ildən artıqdır ki, Ermənistanın bütün sahələrdə apardığı təcavüz siyasəti ilə üz-üzə qalmışdır. Azərbaycan ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır.

İB-nin sədri bildirmişdir ki, aparılan araşdırmalar və ölkəmizin xüsusi xidmət orqanlarının məlumatları Ermənistan tərəfindən zəbt edilmiş ərazilərimizdə narkotik vasitələrin istehsalının ildən-ilə geniş vüsət aldığını göstərir. Dünyanın nüfuzlu araşdırma mərkəzlərinin, həmçinin Ermənistanın bir sıra QHT-lərinin hesabatlarında işğalçı ölkənin iqtisadiyyatının tənəzzülü, kəskin sosial problemlər, maliyyə qıtlığı, yüksək faizli miqrasiyanın olması inkaredilməz faktlar kimi göstərilir. Belə olan halda aydın məsələdir ki, Ermənistan və onun ölkəmizin ərazisində yaratdığı oyuncaq separatçı qurum Azərbaycan torpaqlarındakı qanunsuz fəaliyyətini davam etdirmək üçün başlıca yolu narkotik plantasiyalarının salınmasında, onların emalında və qanunsuz dövriyyəsində görür.

Elməddin Behbud qeyd etmişdir ki, işğal olunmuş Azərbaycan torpaqlarının narkobaronlarla yanaşı, silah qaçaqmalçıları üçün də açıq zona olması da hazırda  heç kimə sirr deyil. Həmin ərazilərdən həm tranzit, həm də qanunsuz vasitələrin emalı üçün istifadə edilməsi, bu məhsulların İran-Azərbaycan-Rusiya və Azərbaycan- Ermənistan-Gürcüstan marşrutları ilə Avropaya və digər dövlətlərə yayılması bütün region və dünya üçün ciddi təhlükə mənbəyidir.

 Ümid edirəm ki, beynəlxalq  səviyyədə  narkotiklərlə mübarizə aparan təşkilatlar bu məsələ barədə daha ətraflı düşünəcək və Azərbaycanın nəzarətdən kənar ərazilərinə - işğal faktına artıq bir dövləti deyil, bütün dünyanı təhdid edən ciddi, qlobal problem kimi yanaşaraq onun həlli üçün real addımlar atacaqlar.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədə  Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsinin vacibliyi əksini tapsa da, əfsuslar olsun ki, hələ də bu qətnamələr icra olunmamışdır. Bundan əlavə, Avropa Parlamenti, AŞPA, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal faktını birmənalı şəkildə tanımışlar. Beynəlxalq təşkilatların qəbul etdikləri məlum sənədlərdə açıq göstərilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan dövləti isə məlum havadarlarının dəstəyi ilə bütün bunlara məhəl qoymayaraq işğalçılıq siyasətini davam etdirməkdədir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında