Londonda keçirilən Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin 92-ci sessiyası başa çatmışdır

 

Dünyanın 182 dövlətinin nümayəndə heyətinin iştirak etdiyi bu tədbirdə Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 10 - 21 iyun tarixlərində Birləşmiş Millətlər Təşkilatının nüfuzlu ixtisaslaşmış qurumlarından biri olan Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 92-ci sessiyasında iştirak etmişdir.

Sessiyada 1974-cü il tarixli “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”ya və qeyd olunan Konvensiyanın 1978-ci il tarixli Protokoluna, 1966-cı il tarixli “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”ya və həmin Konvensiyanın 1988-ci il tarixli Protokolunun B əlavəsinə, “Yanğın təhlükəsizliyi sistemləri üzrə Beynəlxalq Məcəllə”yə və “Təhlükəli kimyəvi maddələri qalama üsulu ilə daşıyan gəmilərin inşası və təminatı üzrə Beynəlxalq Məcəllə”yə nəzərdə tutulan əlavə və dəyişikliklər üzrə müzakirələr aparılmışdır.

Dəniz Təhlükəsizliyi Komitəsinin iclasında çıxış edən Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini son dövrlərdə beynəlxalq ictimaiyyəti dərindən narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi istiqamətində görülmüş işlərə yönəltmiş və problemin həllinə ciddi töhfə verən üzv dövlətlərə dərin təşəkkürünü bildirmişdir.

K.Sekimizu çıxışında dünyada baş vermiş maliyyə böhranı ilə əlaqədar gəmiçilik şirkətlərinin qarşılaşdıqları çətinlikləri, gəmi sahiblərinin fəaliyyətlərinin stimullaşdırılması və səmərəliliyin artırılması üçün dəniz dövlətləri tərəfindən həyata keçirilməli tədbirləri, yeni kadrların bu sahəyə cəlb olunmasının zəruriliyini, dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı məsələlərin həyati vacibliyini qeyd edərək, üzv dövlətləri bu sahədə normativ hüquqi bazanın daha da təkmilləşdirilməsi məqsədilə səylərini artırmağa çağırmışdır.

Dəniz Təhlükəsizliyi Komitəsinin Sessiyasının keçirildiyi dövr ərzində Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun Beynəlxalq Dəniz Təşkilatının baş katibi Koji Sekimizu ilə görüşü keçirilmişdir. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və qayğısı ilə iqtisadiyyatın digər sahələri ilə yanaşı dəniz nəqliyyatı sahəsində respublikada görülmüş işlər barədə müfəssəl məlumat verilmiş, habelə dəniz təhlükəsizliyi sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmışdır. K.Sekimizu Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının yaradıldığı dövrdən keçmiş qısa müddət ərzində əldə olunmuş nailiyyətləri və dəniz nəqliyyatı sahəsində görülmüş işləri müsbət qiymətləndirmişdir.

Dəniz Təhlükəsizliyi Komitəsinin plenar iclaslarında dənizdə təhlükəsizliyinin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartların müəyyən edilməsi, Dövlət bayraq nəzarəti, radio əlaqə, dənizdə həyata keçirilən axtarış və xilasetmə əməliyyatlarının təkmilləşdirilməsi, naviqasiya təhlükəsizliyi, yanğından mühafizə, təhlükəli maddələrin, bərk yüklərin və konteynerlərin daşınması, nəqliyyat gəmilərinin davamlılığı, yük nişanı, maye yüklərin və qazların təhlükəsiz daşınması, “Dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair” Beynəlxalq Konvensiyanın tətbiqi və s. kimi məsələlərlə əlaqədar müzakirələr aparılmışdır.

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında