Almaniyalı tədqiqatçı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəklədiyini bildirmişdir

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında Almaniyanın Sülh Araşdırmaları İnstitutunun departament rəhbəri Hans-Joachim Spanger ilə görüş keçirilmişdir.

Qurumun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ictimai birliyin idarə heyətinin sədri və icmanın rəhbəri Bayram Səfərov almaniyalı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mövcud durumu haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, beynəlxalq qurumların məsələyə ikili standartla yanaşması və qətiyyətli mövqe nümayiş etdirməməsi ucbatından 20 ildə heç bir irəliləyişə nail olunmamışdır. Hamıya aydın olmalıdır ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər.

Beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeyini birmənalı olaraq dəstəklədiyini bildirən almaniyalı tədqiqatçı qeyd etmişdir ki, erməni diasporu və lobbisinin münaqişənin həlli prosesinə maneələr yaratmasına baxmayaraq, son vaxtlar Azərbaycan tərəfinin uğurlu diplomatik gedişləri ona bir sıra üstünlüklər qazandırmışdır. Beynəlxalq ictimaiyyət Azərbaycanın haqlı olduğunu və sülh prosesində konstruktiv mövqe tutduğunu dərk etməkdədir.

Hans-Joachim Spanger demişdir: “Azərbaycan bu gün regionun ən inkişaf etmiş ölkəsidir və münaqişənin həllində hərbi yola da əl atmaq imkanı vardır. Dünya ictimaiyyəti müharibənin yenidən başlanmasına imkan verməməli və münaqişənin qısa bir zamanda sülh yolu ilə həll olunmasında bütün imkanlarından istifadə etməlidir”.

İcma rəhbəri Bayram Səfərov qonağın sözlərinə cavab olaraq qeyd etmişdir ki, Azərbaycan xalqı münaqişənin həllində Prezident İlham Əliyevin tutduğu sülh yolunu dəstəkləyir. Bununla belə, Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır və buna qadirdir.

Daha sonra hər iki tərəfi maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında