İsrail Azərbaycan ilə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir

 

  Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan ilə İsrail arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini qeyd edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatlarına toxunaraq əldə olunmuş nailiyyətləri, o cümlədən hakimlərin Avropada örnək kimi dəyərləndirilən seçimini, məhkəmə infrastrukturunun müasirləşdirilməsini vurğulamışdır.

Ölkələrimiz və xalqlarımız arasında yaxşı münasibətlərin olduğunu söyləyən səfir İsrail Dövlətinin Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini vurğulamış, Prezident Şimon Peresin xalqımızın ümummilli lideri Heydər Əliyev ilə dostluq münasibətlərini xatırladaraq bu əlaqələrin dövlətimizin başçısı İlham Əliyev ilə uğurla davam etdirildiyini bildirmişdir.

Qonaq əlaqələrimizin müxtəlif sahələrdə inkişafını qeyd etmiş, respublikamızın müstəqillik illərində qazandığı nailiyyətləri yüksək qiymətləndirmiş, tolerantlıq baxımından Azərbaycanın digər dövlətlər üçün model olduğunu demişdir.

R.Harpaz ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu vurğulamış, məcburi köçkünlərin şəraiti ilə yerindəcə tanış olduğunu bildirmişdir.

Səfir ölkələrimiz arasında hüquqi əlaqələrin genişləndirilməsində marağını ifadə edərək bunun üçün dəstək verməyə hazır olduğunu söyləmiş, bir sıra təkliflər irəli sürmüşdür.

Görüşdə əməkdaşlıq məsələləri, o cümlədən hakimlərin və digər hüquqşünasların peşəkarlığının artırılması və təcrübə mübadiləsi məqsədilə beynəlxalq seminarlarda iştirakı, habelə hüquqi yardım və digər maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında