Almaniya Bundestaqının üzvü Aleksandr Funk: Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir

 

Ermənistan qoşunlarının işğal altındakı ərazidən çıxarılması sabit sülh razılaşmasının fundamental şərtidir

“Beynəlxalq ictimaiyyətin qərarları beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Münaqişənin siyasi həllinə nail olmaq üçün yeganə yol Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmasıdır”. Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, bu fikirləri AAC-ın Dağlıq Qarabağ münaqişəsinə dair  sorğusuna cavabında Almaniya Xristian Demokrat Partiyası və Bavariyanın Xristian Sosial Partiyasından olan deputat, Petisiya Komitəsinin üzvü Aleksandr Funk demişdir.

Bundestaq üzvü bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərqərar olmasına təminat verilməlidir: “Yalnız  Ermənistan qoşunları  işğal altındakı ərazidən çıxarıldıqdan sonra məcburi köçkünlər öz evlərinə qayıda  bilər.  Bu,  sabit  sülh  razılaşmasının fundamental şərtidir. Azərbaycan, xüsusilə də, enerji təminatı məsələsində Almaniya üçün xüsusi tərəfdaşdır. Lakin biz Cənubi Qafqaz regionuna bütöv məkan kimi baxmalıyıq. Dağlıq Qarabağ münaqişəsinin həllinin bütün regionu sülh ilə təmin edəcəyi barədə də düşünməliyik. Bu məsələdə Almaniya öz məsuliyyətini başa düşür və davamlı sülh razılaşmasına gedən yolu tam dəstəkləyir. Burada BMT və ATƏT-in rolu da mühümdür. Münaqişənin həlli üçün ən yaxşı mühit məsələnin çoxtərəfli müstəvidə həllidir”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında