Naxçıvanda Heydər Əliyev adına Hərbi Lisey kursantlarının buraxılış mərasimi

 

İyunun 17-də Naxçıvanda Heydər Əliyev adına Hərbi Lisey kursantlarının 2013-cü il buraxılış mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov hərbi liseyin rəisi, general-mayor Rasim Əliyevin mərasimə hazırlıq barədə raportunu qəbul etdikdən sonra kursantları salamlamışdır.

Şəxsi heyət orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himnini ifa etmişdir.

Hərbi liseyin rəisi, general-mayor Rasim Əliyev çıxış edərək demişdir ki, Heydər Əliyev adına Hərbi Lisey özündə yüzlərlə vətənpərvər gənci birləşdirən müasir hərbi təhsil müəssisəsinə çevrilmişdir. Liseyin müəllim və zabit heyəti öhdəsinə düşən vəzifənin məsuliyyətini və şərəfini dərindən dərk edir. Kursantlarımız mənsub olduqları torpağın layiqli müdafiəçiləri olmaq üçün fəallıq göstərir, hərbi peşənin sirlərinə dərindən yiyələnirlər. Hər il liseyin məzunu olan yüzlərlə kursant ölkəmizdə və xaricdə ali hərbi təhsillərini davam etdirirlər. Bu gün Azərbaycan Silahlı Qüvvələrində liseyin məzunları zabit kimi xidmətlərini davam etdirirlər.

Hərbi Liseyin bundan sonra da yüksək səviyyəli hərbi kadrların yetişdirilməsi işinə layiqli töhfə verəcəyini qeyd edən hərbi təhsil müəssisəsinin rəisi göstərilən diqqət və qayğıya görə şəxsi heyət adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Hərbi Liseyin builki buraxılışının əlamətdar dövrdə keçirildiyini bildirərək demişdir ki, ulu öndər Heydər Əliyevin 90 illiyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ili elan olunmuşdur. İki gün bundan əvvəl isə ölkəmizdə Milli Qurtuluş Gününün 20-ci ildönümü qeyd edildi. Ali Məclisin sədri belə bir tarixi dövrdə Heydər Əliyev adına Hərbi Liseyin 13-cü buraxılış mərasimi münasibətilə kursantları, valideynləri və müəllim-zabit heyətini təbrik etmişdir.

Ali Məclisin sədri kursantlara tövsiyələrini verərək demişdir ki, siz ulu öndərimizin adını daşıyan hərbi liseydə təhsil alaraq, dahi şəxsiyyətin ordu quruculuğu işinin bir parçası olan hərbi təhsil sistemini mənimsəyərək hərbi peşəyə yiyələnirsiniz. Özünü bu şərəfli işə, hərbi peşəyə həsr etmək yolunu seçən hər bir kursantın qarşısında mühüm vəzifələr dayanır. Siz təhsil aldığınız ali hərbi məktəblərdə və xidmət edəcəyiniz hərbi hissələrdə nümunə olmalısınız. Milli Ordumuzun zabiti kimi ulu öndərimizin bizə əmanət etdiyi dövlət müstəqilliyimizi, qüdrətli və çiçəklənən Azərbaycanımızı şərəflə qorumaq və keşiyini çəkmək qarşınızda duran bir nömrəli vəzifə olmalıdır.

Ali Məclisin sədri hərbi təhsildə və xidmətdə kursantlara uğurlar arzulamış, liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, onları və hərbi liseyin bir sıra zabit və müəllimlərini qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

“Xalq  qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında