İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlament İttifaqı İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər

 

İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Parlament İttifaqının İcraiyyə Komitəsinin 30-cu iclasının iştirakçıları  iyunun 19-da Fəxri Xiyabana gedərək  xalqımızın ümummilli lideri, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə  tər çiçəklər qoymuşlar.

Sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət edərək  Azərbaycanın  azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üzərinə  çiçəklər düzmüşlər.

Bakının ən uca nöqtəsindən Azərbaycan paytaxtını seyr edən qonaqlara  Şəhidlər Xiyabanının  tarixi və şəhərdə aparılan quruculuq işləri barədə ətraflı məlumat verilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında