Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanmışdır

 

İyunun 18-də  Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında saziş imzalanmışdır. 

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sazişi Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn imzalamışlar.

Saziş Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək verməyi, iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya Respublikası Hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan Respublikası Hökumətinə kreditlər verməsini nəzərdə tutur.

 Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığın ümumi çərçivəsini müəyyən edir.

İmzalanma mərasimində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanmış, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında