Azərbaycan parlamentinin nümayəndə heyəti Cenevrədə səfərdədir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti parlament spikerlərinin 3-cü dünya konfransında iştirak etmək üçün İsveçrənin Cenevrə şəhərində səfərdədir.
İyulun 19-da BMT-nin Cenevrədəki qərargahında bu təşkilatın Baş katibi Pan Gi Munun iştirakı ilə konfransın açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə açan Parlamentlərarası İttifaqın prezidenti Teo Den Qurirab konfransın əhəmiyyətindən və müzakirə olunacaq məsələlərdən danışmış, bunların həllində parlamentlərin rolunu xüsusi qeyd etmişdir.
BMT-nin Baş katibi Pan Gi Mun çıxış edərək konfrans iştirakçılarına uğurlar arzulamış, parlamentlərin BMT ilə əməkdaşlığının vacibliyini vurğulamışdır. Baş katib qeyd etmişdir ki, dünyamızın və zəmanəmizin təhlükələrdən xilas edilməsi, sabitliyin təmin olunması və milli münaqişələrin aradan qaldırılması, böhranlardan müdafiə və iqtisadi inkişafa nail olunması, eləcə də dünyanın silahsızlaşdırılması və nüvə təhlükəsindən qorunması işində parlamentlər fəaliyyətlərini gücləndirməli və öz töhfələrini verməlidirlər.
Sonra konfransın gündəliyi təsdiq olunmuş və müzakirələrə başlanmışdır.
İlk məruzə "Parlamentlər BMT ilə işlərini necə təşkil edirlər" mövzusunda olmuşdur.
Cənubi Afrika Respublikası parlamentinin sədri Maks Sisulu spikerlərin 2005-ci ildə keçirilmiş konfransından sonrakı inkişafa dair məruzə ilə çıxış etmiş, parlament spikerlərinin çıxışları dinlənilmişdir.
Tədbir çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Ermənistan parlamentinin sədri Ovik Abramyanla görüşmüşdür. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır.
İyulun 21-də Milli Məclisin sədri Oqtay Əsədovun konfransda çıxışı gözlənilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında